Rolan Blatman — Vikipediya

Rolan Blatman
Doğum tarixi 20 fevral 1941(1941-02-20) (83 yaş)
Fəaliyyəti diplomat

Rolan Blatman (20 fevral 1941) — Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri (2004–2006).

Rolan Blatman 20 fevral 1941-ci ildə anadan olmuşdur. O, filologiya üzrə Lisans, Ali fəlsəfə təhsili, Ali İnformasiya və Kommunikasiya İnstitutunun diplomlarını almışdır. Paris Universitetinin magistraturasını bitirmişdir.

1966–1974-cü illərdə tədris sahəsində çalışmışdır. 1974–78-ci illərdə Velinqtonda mədəniyyət və texniki əməkdaşlıq attaşesi, Port-of-Speyində vitse-konsul, 1979-cu ildə həmin nümayəndəlikdə üçüncü katib, 80-ci ildə ikinci katib işləmişdir.

1980–82-ci illərdə Fransanın SSRİ-dəki səfirliyində mətbuat xidmətinin rəhbəri olmuşdur. 1982–83-cü illərdə həmin səfirlikdə birinci katib işləmişdir. 1983–84-cü illərdə Fransanın Xarici İşlər Nazirliyində mərkəzi idarədə (nazirin kabinetində), 1984–86-cı illərdə Baş nazirin kabinetində çalışmışdır.

1986–89-cu illərdə Turin və Genuyada, 1989–91-ci illərdə Fesdə, 1991–94-cü illərdə Sankt-Peterburqda baş konsul kimi fəaliyyət göstərmişdir.

1994–96-cı illərdə Moskvada mədəniyyət, elm və texniki işlər müşaviri, 1996–98-ci illərdə Fransa Baş Nazirliyinin Mərkəzi İdarəsində şöbədə direktor müavini işləmişdir.

1998–2002-ci illərdə Krakovda, 2002–04-cü illərdə Salonikdə baş konsul vəzifəsində çalışmışdır.

2004-cü ilin iyun ayından Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiridir.

Fransanın Fəxri legion kavaleri, Milli şöhrət kavaleri ordenləri ilə təltif olunmuşdur.

İngilis, italyan və rus dillərini bilir.