Ross adası — Vikipediya
Ross adası | |
---|---|
ing. Ross Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 2460 km² |
Uzunluğu |
|
Eni | 75 km |
Hündür nöqtəsi | 3794 m |
Əhalisi |
|
Yerləşməsi | |
77°40′00″ c. e. 168°00′00″ ş. u.HGYO | |
Ölkə | Antarktida |
Akvatoriya | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Ross adası — Ross dənizi sularında yerləşən, cənub qütbünə ən yaxın adalardan birdir. Ada Viktoriya Torpağına yaxın yerləşir 77°40′ c. e. 168°00′ ş. u.HGYO.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Adanın sahəsi 2460 km² təşkil edir. Ada bütünlüklə qar və buzla örtülüdür. Ən hündür nöqtələri Erebus (3794 m) və Terror (3230 m) dağlarıdır. Ümumilikdə Erebus ən cənubda yerləşən aktiv vulkandır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Məşhur Antraktika araşdırmaçısı Ceys Ross 1841-ci ildə Erebus vulkanını və Terror dağını kəşf edir. Kəşf etdiyi dağları ekspedisiyada iştirak edən gəmilərin şərəfinə adlandırır.
Ərazi iddiası
[redaktə | mənbəni redaktə et]1961-ci ildə Antarktika haqqında konvensiya qəbul olunmasına baxmayaraq adaya Yeni Zelandiya iddia edir.
Elmi tətqiqlar
[redaktə | mənbəni redaktə et]Adada illik fəaliyyət göstərən stansiyalar vardır: Mak-Medro antartik stansiyası (ABŞ) və Skott-Beys (Yeni Zelandiya). Mövsümdən əlaqədar olaraq adada 200–1000 nəfərə qədər insan yaşayır. Daimi yaşayış yoxdur.
1987–1992-ci illərdə Evansa burnunda Sülh parkı bazası yerləşirdi. Baza Qrinpis təşkilatının nəzdində fəaliyyət göstərirdi.
Maraqlı fakt
[redaktə | mənbəni redaktə et]Ross adasını Ceyms Ross adası ilə səhv etmək lazımdır. Ceyms Ross adası Antarktik yarımadası yaxınlığında yerləşir. Hər iki ada Ceym Rossun şərəfinə adlandırıblar.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Map of Ross Island and Dry Valleys [ölü keçid], NIWA New Zealand
- Coastal-change and Glaciological Map of the Ross Island Area, Antarctica, 1962–2005 United States Geological Survey