Rusiya-Osmanlı müharibəsi (1676-1681) — Vikipediya

Rusiya-Osmanlı müharibəsi
Tarix 1676
Yeri

Rusiya-Osmanlı müharibəsi (1676–1681) — Osmanlı İmperatorluğu ilə Rusiya Çarlığı arasında baş verən ilk böyük müharibədir. Bu müharibə zamanı Merzifonlu Qara Mustafa Paşa sədrəzəm olmuşdur. Qara dənizə çıxmaq üçün Rusiya imperiyası 1677-ci ildə Osmanlı imperiyası ilə müharibəyə başladı. Osmanlılar 1678-ci ildə Krım tatarlarının köməyi ilə Çigirin qalasını ruslardan aldılar. 1681-ci ildə Baxçasaray sülhünə görə Osmanlı Andrusova sülhünün şərtlərini tanıdı və Dnepr çayının sol-sahil Ukraynasının Rusiyanın tərkibinə keçdiyini qəbul etdi.

Rus Çarlığı güclənməkdə olan bir hökmdarlıq idi. Rus Çarı I Aleksey (1645–1676) cənuba açılma strategiyasına uyğun olaraq öncə Polşa-Litva İttifaqı idarəsindən azad qalan Ukraynada olan kazakların əllərindəki torpaqlara gözünü dikmişdi. Ancaq Osmanlı Dövlətindən çəkinirdilər. 1667-ci ildə Rusiya Çarlığı və Polşa-Litva Birliyi kazaklarla heç məsləhətləşmədən Andrusovo Müqaviləsini imzaladılar və Dnepr çayı Sol-Ukrayna Sahilləri (Livoberezhna Ukrayina) Kazaklarını Rusiya Çarlığı idarəsinə bağladılar. Çehrin mərkəzli Sağ-Ukrayna Sahilləri (Pravoberezhna Ukrayina) kazakları Atamanı Pyotr Doroşenko isə 1669-cu ildən bəri Osmanlı himayəsi altına girməyə qərara aldı.

Osmanlılar, 1672-1676 Osmanlı-Polşa müharibəsi nəticəsi olaraq 27 oktyabr 1676-cı ildə İzvança Müqaviləsi ilə Podolya zonasının idarəsini ələ aldılar və Osmanlı himayəsi altında yarı-muxtar Kazak Atamanı Doroşenko idarəsində olan Sağ-Ukrayna Sahilləri (Pravoberezhna Ukrayina) ilə qonşu oldular. Rusiya Çarlığı, bəzi Osmanlı əleyhinə narahat olan Ukrayna Qərbi Kazaklarının çıxışları, şərqdəki Sol-Ukrayna Sahilləri (Livoberezhna Ukrayina) kazakları Atamanı olan və 1667-ci ildən bəri Rusiya Çarlığı hökmdarlığı altında olan Ivan Samoyloviç, guya, 1672-ci ildə bütün Ukraynanın atamanı seçildiyini açıqlayıb. Pyotr Doroşenko və bağlı olduğu Osmanlı Dövləti və Krım Xanlığı bunu qəbul etmədi. iyun 1674-cü ildə Rusiya Çarlığı generalı Şahzadə Qriqori Romodanovski və İvan Samoyloviç əmri altında bir ordu Doroşenkoyu özünə paytaxt olan Çigirin qalasında mühasirəyə alsalar da Osmanlı ordularının yaxınlaşması ilə bu mühasirə aradan qaldırıldı.

Birinci Çigirin yürüşü

[redaktə | mənbəni redaktə et]

Lakin 1676-cı ilin yayında Çigirin qalası (Romodanovski və Samoyloviç komandanlığında) vahid bir Rusiya Çarlığı ilə müttəfiqi Ukraynalıların ordusunun hücumu qarşısında təslim olmaq məcburiyyətində qaldı. Ona tabe olan bir çox kazakların özünə xəyanəti və bu uğursuzluğa görə Doroşenko Ruslarla anlaşıb 19 sentyabr 1676-cı ildə Sağ Ukrayna Sahilləri (Pravoberezhna Ukrayina) kazakları atamanlığından istefa verib və Rusiyaya getdi. Bunun üzərinə Osmanlı Merzifonlu Qara Mustafa Paşa Doroşenkonu işdən azad etdiyini bildirib; Yerinə Sağ Ukrayna Sahilləri (Pravoberezhna Ukrayina) kazakları atamanlığına İstanbulda tərbiyə edilmiş Yuri Xmelnitski təyin edildi. iyul 1677-ı ildə İbrahim Paşa sərkərdəliyi altında Osmanlı-Kırım Tatar ordusu I Çigirin Yürüşünə başladı və bu ordu Avqustda Çigirin qalasını mühasirə altına aldı, lakin mühasirə müvəffəqiyyətsiz oldı; 29 Avqustda İbrahim Paşa Çigirin mühasirəsini qoyaraq geri qayıtmağa başladı. İbrahim Paşa İstanbula dönəndə həbs edildi.