Səfyar Musayev — Vikipediya

Səfyar Musayev
1995 – 6 yanvar 1999
Seçki dairəsi1995 — 74 saylı Goranboy-Naftalan
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıXanhüseyn Kazımlı
Şəxsi məlumatlar
Doğum tarixi 17 iyun 1935(1935-06-17)
Doğum yeri
Vəfat tarixi 6 yanvar 1999(1999-01-06) (64 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elmi dərəcəsi
Elmi adı

Səfyar Səfyar Bəylər oğlu Musayev 17 iyun 1935, Nərimanlı, Basarkeçər rayonu6 yanvar 1999, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı, tarix elmləri doktoru, professor, 91-lərdən biri.

Səfyar Musayev 1935-ci il iyulun 17-də Basarkeçər rayonunun Nərimanlı (Hüseynqulu Ağalı) kəndində doğulub. Səfyar Musayev 1953-cü ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1958-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa çatdırmışdır.

Səfyar Musayev 1962-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına gətirib çıxarmış, 1965-ci ildə tarix elmləri namizədi, 1980-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsinə, 1981-ci ildə isə professor adına layiq görülmüşdür.

1986-cı ildə BDU-nun Humanitar fakültələr üzrə siyasi tarix kafedrasının müdiri seçilmiş və vəfat edənədək vəzifədə çalışmışdır.

Səfiyar Musayev 400-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiya və 10 kitabın müəllifidir.

1991-ci ildə respublikada ilk dəfə olaraq ali məktəb tələbələri üçün Səfyar Musayevin müəllifi olduğu "Siyasi tarix" dərsliyi çap edilmişdir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Səfyar Musayev 1992-ci il oktyabrın 16-da "Səs" qəzetində dərc etdirdiyi "Mən niyə əliyevçiyəm" məqaləsində Heydər Əliyevin hakimiyyətə gəlməsini dəstəkləmə səbəblərini açıqlamışdır.

Həmin illərdə Səfyar Musayev, Murtuz Ələsgərov və Əli Əhmədovun rəhbərliyi ilə Bakı Dövlət Universitetinin Humanitar fakültələr üzrə siyasi tarix kafedrasında "Heydər Əliyevin müdafiəsi mərkəzi" yaradılmış və Heydər Əliyevin sədrliyi ilə Azərbaycanda yeni bir partiya təsis edilməsi ideyası ortaya çıxmışdı.

Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edildikdən sonra Səfyar Musayevin rəhbərliyi ilə Azərbaycanda birinci olaraq çalışdığı kafedrada 17 nəfərin iştirakı ilə YAP-ın ilk təşkilatı yaradıldı.

Səfyar Musayev 1995-ci il noyabrın 12-də 74 saylı Goranboy-Naftalan seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdir. O, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü seçilmiş, daha sonra isə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasında Sosial siyasət və insan hüquqları daimi komissiyasının sədri təyin edilmişdi.

Səfyar Musayev Azərbaycanın 1995-ci il 12 noyabrında qəbul olunan ilk Konstitusiyasını hazırlayan komissiyanın üzvü olmuşdur.

  • Eldar İsmayıl. "Oğuz yurdun övladları", I kitab, Bakı, "Təbib", 1999. səh.79.
  • "Azərbaycan" qəzeti, N153 (7007) cümə, 17 iyul 2015-ci il, s. 6

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]