Səmayə Əliyeva — Vikipediya
Səmayə Əliyeva | |
---|---|
Səmayə Dadaş qızı Əliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Tütəpeştə, Lənkəran rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Lənkəran, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | siyasətçi |
Mükafatları |
Səmayə Əliyeva (1934 və ya 1937, Tütəpeştə, Lənkəran rayonu – 18 oktyabr 2013, Lənkəran) — Sosialist Əməyi Qəhrəmanı (1966); Azərbaycan prezidentinin fərdi təqaüdçüsü (2002-ci ildən).
Həyatı
[redaktə | mənbəni redaktə et]Səmayə Dadaş qızı Əliyeva 1937-cü ildə Lənkəranın Tütəpeştə kəndində anadan olmuşdur.
Kənd məktəbini bitirdikdən sonra sıravi kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. Lənkəran Kənd Təsərrüfatı Texnikumunda təhsil almışdır. Rayondakı Dövlət Maşın Sınaq Stansiyasında manqa başçısı, briqadir və sahə aqronomu vəzifələrində çalışmışdır.
1966-cı ildə çaybecərmə sahəsində göstərdiyi yüksək nəticələrə görə ona Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilib. Bir neçə çağırış SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Dəfələrlə ÜLKGİ və Azərbaycan Kommunist Partiyası qurultaylarının nümayəndəsi, Azərbaycan KP MK-nın üzvü olub.
Səmayə Əliyeva 2002-ci ildən Azərbaycan prezidentinin fərdi təqaüdçüsü idi.
2013-cü ilin sentyabr r ayında Lənkəranda vəfat etmişdir[1].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycanda əmək qəhrəmanı vəfat etdi Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.)