Səyavuş Şəfiyev — Vikipediya
Səyavuş Şəfiyev | |
---|---|
Səyavuş Məmməd oğlu Şəfiyev | |
"Uşaqlığın son gecəsi" filmindən kadr. | |
Doğum tarixi | |
Doğum yeri | Qaryagin, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Rusiya |
Fəaliyyəti | aktyor |
Mükafatları |
Səyavuş Məmməd oğlu Şəfiyev (1 sentyabr 1937, Qaryagin – 24 noyabr 2001, Moskva) — Azərbaycan aktyoru, sirk ustası, Azərbaycan SSR əməkdar artisti (1979).
Həyatı
[redaktə | mənbəni redaktə et]Səyavuş Məmməd oğlu Şəfiyev 1 sentyabr 1937-ci ildə anadan olmuşdur. Hələ məktəb illərindən idmanda uğurlar əldə edən Siyavuş boks üzrə müxtəlif yarışların qalibi olub. Sənət taleyini Moskva müəyyən edir. Moskvaya gəzməyə gələn S.Şəfiyev gözlənilmədən sənədlərini Ümumittifaq Sirk Məktəbinə verir. Akrobatika üzrə dərəcə alan S.Şəfiyev məktəbi qurtardıqdan sonra "Soyuzsirk"ə göndərilir. Burada Moskva sirkində tanınmış artistlərlə işləyən Siyavuş tezliklə öz işinin peşəkarına çevrilir. Onu Rusiyanın sirk artistləri arasında qəbul etməyə başlayırlar.
1972-ci ildə S.Şəfiyev Bakıya, şəhərdə yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Bakıda quruluş verdiyi sirk proqramları o zaman üçün böyük populayrlıq qazanır. Burda bir neçə il işlədikdən sonra S.Şəfiyev yenidən Moskvaya çağrılır və məşhur "Səhnədə sirk" Birliyinin quruluşçu rejissor təyin edilir.
Sirk rejissoru kimi də özünü sınayan Səyavuş kino rejissorlarının diqqətini cəlb edib. O, ilk dəfə olaraq, "Əhməd hardadır?" filminə çəkilib.
Film ekranlara çıxandan sonra rejissor Adil İsgəndərov sovet senzurasının ciddi tənqidlərinə məruz qalır. "Burjua-meşşan elementləri ilə zəngin" film kimi xarakterizə edilən bu filmin tənqidindən xəbər tutan Səyavuş "nahaq çəkildim" deyib. Ancaq illər ötdükdən sonra film tamaşaçı tərəfindən qəbul edilir və Azərbaycanın kult-filminə çevrilir. S.Şəfiyev deyirmiş ki,
"Taleyimdən razıyam. Nə yaxşı ki, Adil müəllim məni bu rola çəkdi".
Filmlə bağlı müsahibələrində Səyavuş Səfiyev tez-tez bu hadisəni xatırlayırmış: "Əhmədin evdən qaçma səhnəsi çəkilir. Mən də pəncərədən qonşu həyətə tullanmalı, sonra da hasardan aşıb aradan çıxmalıyam. Bu zaman qonşu həyətdən üstümə it cummalıdı. Elə birinci dublda it məni qapdı. Bərk qorxmuşdum. Adil müəllim "Qada, bu səhnə 10–15 dəfə çəkiləcək, hər dəfə də bu it Səyavuşu qapsa, onda can qalmaz…" deyib iti zəncirə saldı. Filmə diqqətlə baxanda itin zəncirləndiyi görünür".
Bundan sonra S.Şəfiyev Maqsud İbrahimbəyovun ssenarisi üzrə çəkilən "Uşaqlığın son gecəsi" filmində prorab Rüstəm obrazını yaradır. Film Gürcüstanda keçirilən festivalda mükafat alır.
Daha sonra S.Şəfiyev "Ən vacib müsahibə" filmində jurnalist Altay obrazını yaradıb.
Siyavuş Şəfiyev SSRİ Kinematoqrafçılar İttifaqının üzvü olub.
1990-cı ildə Fransada qastrol zamanı keçirdiyi infaktdan sonra Şəfiyev sənəti tərk edir. Bir daha səhnəyə və incəsənətə qayıtmır.
2001-ci il 24 noyabrında Moskvada dünyasını dəyişib.Yasamal qəbristanlığında dəfn edilmişdir.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Əhməd haradadır? (film, 1963) — Əhməd[1]
- Uşaqlığın son gecəsi (film, 1968) — Rüstəm
- O qızı tapın (film, 1970) — Firudin Kazımlı
- Ən vacib müsahibə (film, 1971) — Altay
- Nəsimi (film, 1973) — Mahmud
- Qəribə adam (film, 1979)
- Nizami (film, 1982) — epizod
- Narahat Adam (1985) — sadə bakılı oğlan
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Əhməd haradadır?": Siyavuş Səfiyevin ölümündən 9 il ötür: [Əməkdar incəsənət xadimi Siyavuş Səfiyev haqqında] //Şərq.- 2010.- 25 noyabr.- S. 14.