SİNAM — Vikipediya
SİNAM | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Açıq Tipli Səhmdar Cəmiyyət |
Sənaye | proqram təminatı sənayesi[d], Tədqiqat və inkişaf, İnternet xidmət provayderi, Sistem inteqratoru |
Təsis tarixi | 1994 |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı | 120 nəfər (2008) |
Rəhbərlik | |
Rəhbərlik | Elçin Əliyev (dosent) |
sinam.net |
SINAM (SINAM LTD) – Azərbaycanda proqram təminatı və sistem inteqrasiyası yığılması üzrə ən böyük şirkətdir. Şirkət bundan başqa Kür markalı kompüterlərin istehsalçısıdır. Şirkətin mərkəzi qərargahı Bakı şəhərində yerləşir. Şirkətin əsasını qoyan və hal-hazırkı rəhbəri Elçin Əliyevdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Şirkətin əsası 1994-cü ildə Bakıda qoyulub. Şirkətin adı ingilis dilində olan sözlərin abbreviaturasından ibarətdir (SİNAM – Software development, Integration service, Network solutions, Automation and Control, Maintenance and support). 1997-ci ildə SİNAM Amerika Ticarət Palatasının üzvü olmuşdur. 2005-ci ildə SİNAM şirkəti Rabitə və İnformasiya Texnologiya Nazirliyi ilə birlikdə Mingəçevir şəhərində elektron məhsulları istehsal edən "KÜR" zavodunu təsis etmişdir. Müəssisə Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsalı ilə məşğul olan ilk istehsalat müəssisəsidir.[1]
Rəhbərlik
[redaktə | mənbəni redaktə et]Şirkətin təsisçisi və hal-hazırkı rəhbəri Elçin Əliyevdir. Şirkətin baş direktoru Əbülfət Rəhmanov, maliyyə işləri üzrə rəhbəri Elşad Abdullayev, Texniki şöbənin rəhbəri Firuz Tahirov, kommunikasiya şöbəsinin rəhbəri isə Davud Məmmədovdur.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]SİNAM şirkəti elektron hökumət layihəsində aktiv şəkildə iştirak edir. Şirkətin müştəriləri arasında Dövlət Gömrük Komitəsi, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Kibernetika İnstitutu və çoxlu sayda digər dövlət və özəl qurumlar var. Şirkətin tərəfdaşları arasına Microsoft, Oracle, CISCO,EMC Documentum, Qafqaz Universiteti, IBM daxildir. Korporativ işlərdən başqa SİNAM şirkəti həmçinin proqramların azərbaycan dilinə tərcüməsi ilə məşqul olur. 2008-ci ildə şirkət Windows Vista və Microsoft Office 2007 proqramlarını azərbaycan dilinə tərcümə etmişdir.[2] Bundan başqa şirkət bir sıra xarici ölkələrdə, Gürcüstanda, Moldovada, Qırğızıstanda nüxtəlif tenderlərdə iştirak edərək bir neçə sifariş qazanmışdır.[3][4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "KÜR Elektron Avadanlıqları İstehsalçısı". 2011-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-08.
- ↑ "Arxivlənmiş surət". 2011-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-11.
- ↑ [1] [ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2010-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-11.