Səlma xanım Sultan — Vikipediya
Səlma xanım Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 aprel 1914 |
Doğum yeri | Ortaköy sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 13 yanvar 1942 (28 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Dəfn yeri | Bobigny məzarlığı, Sen-Sen-Deni |
Atası | Rauf Hayri bəy |
Anası | Xədicə Sultan |
Həyat yoldaşı | Seyid Sacid Hüseyn Əli |
Uşağı | Kənizə Murad |
Ailəsi | Osmanlı xanədanı |
Səlma xanım Sultan (13 aprel 1914, İstanbul – 13 yanvar 1942) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Səlma xanım Sultan 13 aprel 1914-cü ildə anasının Ortaköydəki sarayında dünyaya gəldi. Anası Sultan Muradın qızı Xədicə Sultan, atası isə onun ikinci əri Rauf Hayri bəydir. Hələ 4 yaşında ikən valideynləri boşanmış, 10 yaşında ikən isə 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi anası və qardaşıyla birlikdə sürgün edilmişdir. Beyrutda məskunlaşan ailə, Rauf Hayri bəyin göndərdiyi məvaciblə yaşamağa davam etsə də, qısa zaman ərzində atasının həbs olunmasıyla, bu gəlir mənbəyini də itirdilər.
1931-ci ildə Osmanlı sülaləsindən 2 sultanın — Dürrüşəhvar Sultan və Nilüfər xanım Sultanın dünyanın ən zəngin müsəlmanı olan Heydərabad nizamının oğullarıyla evlənməsinin ardından, Xədicə Sultan da qızı Səlma xanıma ər namizədi axtarmağa başladı. Ancaq bütün var-dövlətini itirən və sürgün edilən bir sultanın qızı üçün namizəd tapmaq olduqca çətin oldu. Nəhayət, Kotvara rajası Seyid Sacid Hüseyn Əli namizəd olaraq uyğun görüldü və Səlma xanım, uzun illər ailəsinə xidmət edən xədim Zeynəl ağayla birlikdə 1937-ci ildə Hindistana gəlin köçdü. Toy mərasimindən bir neçə ay sonra anası Xədicə Sultan iflic keçirərək vəfat etdi.
İstanbuldakı saray yaşantısı və Beyrutdakı kosmopolit həyat tərzinin ardından, Səlma xanım düşdüyü yeni mühitə uyğunlaşa bilmədi. 1939-cu ilin yayında hamiləliyin son ayları olan Səlma xanım Zeynəl ağayla birlikdə doğuş bəhanəsiylə Parisə köçdü və bir daha geri qayıtmadı. İkinci Dünya Müharibəsinin başlamasıyla izini itirən Səlma xanım həmin ilin noyabrında yeganə övladı Kənizəni dünyaya gətirdi. Ancaq ərinə məktub yazaraq övladının ölü olaraq dünyaya gəldiyini və bir daha Hindistana qayıtmayacağını bildirən Səlma xanım Parisdə olduqca çətin günlər yaşadı. Yoxsulluq içindəki xanım sultan olduqca xəstələndi və kiçik bir infeksiya səbəbilə, antibiotik tapılmadığı üçün 13 yanvar 1941-ci ildə vəfat etdi. Cənazəsi Bobigny məzarlığına dəfn olundu.
Övladı
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
- Brookes, Douglas Scott (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. p. 282. ISBN 978-0-292-78335-5
- Bardakçı, Murat (2008). Son Osmanlılar: Osmanlı Hanedanı'nın Sürgün ve Miras Öyküsü. İnkılâp. p. 87. ISBN 978-9-751-02616-3
- Khan, Elisabeth (2020–06-26). "Ottoman Princesses In India (1). Part One: The sad case of Princess…"
- 21 قاسم, محمود. موسوعة أدباء القرن 21 — الجزء الثاني. موسوعة أدباء العالم في القرن. E-Kutub Ltd. p. 283. ISBN 978-1-78058-423-2