Sabah (qəzet) — Vikipediya
Sabah | |
---|---|
Format | Berliner |
Sahibi | Turkuvaz media qrup |
Yaranma tarixi | 22 aprel 1985 ) |
Siyasi mənsubiyyət | mərkəz sağ |
Dil | Türkcə |
Qiymət | 0.50 TL (həftəiçi) 0.75 TL (həftəsonu) |
Baş ofis | Beşiktaş, İstanbul, Türkiyə |
Ölkə | |
Tiraj | ▲ 307.599 ((11-17 aprel 2016) tarixinə görə) |
sabah.com.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Sabah — Türkiyədə 22 aprel 1985-ci ildə nəşr olunmağa başlanan gündəlik qəzet.[1] Şüarı "Türkiyənin ən yaxşı qəzeti"-dir. Qəzet 1997-ci ilin yanvar ayından etibarən onlayn faliyyətdə göstərir. 2007-ci ildə TMSF-ə köçürülən qəzetin baş redaktoru sonradan Turkuaaz Media Qrupa qoşulmuş Erdal Şafakdır. 7 noyabr 2016 tarixindən bəri, Türkiyə daxilində Azadlıq qəzetind'n sonra ən çox tiraja sahib olan ikinci qəzetdir.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]İzmirin Yeni Əsr qəzetini Türkiyə səviyyəsində qəzet halına gətirmə cəhdinin nəticə verməməsindən sonra, bu qrupun başındakı Dinç Bilgin sahibliyi Sabah Nəşriyyat himayəsində İstanbulda hazırlanıb, bütün Türkiyədə yayınlanmağa başlandı. İlk buraxılışı 22 aprel 1985-ci ildə çıxan qəzetin baş redaktoru Rəhmi Turan idi,. Daha sonra Zəfər Mutlu başçılıq etdiyi Sabah a Ərgün Babaxan, Ufuq Güldəmir ve Tayfun Dəvəcioğlu kimi redaktorlar rəhbərlik etmişdir . 2000-ci ildə Ciner Qrup qəzetə ortaqlardan biri kim daxil olmu şvə zaman-zaman aralıqlarla keçən bu əməkdaşlığın ardından Ciner şirkətinin də ortaq olduğu Mərkəzi Qrup tərəfindən 3 May 2005-ci ildə Sabah qəzeti satın alınmışdır. 2 yanvar 2006-cı il tarixinə Fatih Altaylı baş redaktor təyin edildi."[3] Lakin, 2 aprel 2007-ci il tarixində Sabah TMSF tərəfindən borcları üzündən müsadirə olunmuşdur. Sabah və ATV birgə tenderi 7 Noyabr 2007 tarixində həyata keçirildi.[4] Tenderin qiyməti 1,1 milyard dollar səviyyəsində müəyyən edilmişdi ki,22 Aprel 2008-ci ildə Çalık Holdingə satıldığı təsdiq edildi.2007-ci ildə TMSF tərəfindən ələ keçirildikdən sonra iki dövlət bankına kredit verilərək Əhməd Çalıka satıldı.[5] 18 fevral 2009-cu il tarixində baş redaktor Erdal Şafaq təyin edildi. TMSF-nin müsadirəsindən əvvəl 9 aprel 2007-ci il cə 15 aprel 2007 tarixləri arasındakı qəzet satışı haqqında məlumatda 506,957 min satan Sabahın tirajı 30 Avqust 2010 və 5 Sentyabr tarixləri arasında 331.913-ə gerilədi.
Avropadakı faliyyət
[redaktə | mənbəni redaktə et]Almaniyaya gedən türk işçilərinin qəzet və xəbər ehtiyaclarını qarşılamaq məqsədi ilə Sabah Almaniyaya və digər Avropa ölkələrinə hava yolları vasitəsi ilə göndərilməyə başladı. Tələbi artırdıqdan sonra qəzetin 1990-cı illərin əvvəllərində Almaniyada da dərc ediləcəyinə qərar verildi. Bu gün Frankfurt, Almaniya yaxınlığında Sabahla yanaşı , Yeni əsr, Təqvim, Fotomaç qəzetləridə nəşr olunur.
Loqolar
[redaktə | mənbəni redaktə et]- 1985-ci ildən 1993-cü ilə qədər istifadə olunan loqo
- 1993-cü ildən 2003-ə qədər istifadə olunan loqo.
- 2003-cü ildən bəri istifadə olunan loqo.
Redaksiya heyəti
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Gholamali Haddad Adel; Mohammad Jafar Elmi; Hassan Taromi-Rad. Periodicals of the Muslim World: An Entry from Encyclopaedia of the World of Islam. EWI Press. 31 August 2012. səh. 269. ISBN 978-1-908433-10-7. 3 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2015.
- ↑ 7 Kasım 2016 - 13 Kasım 2016 haftası tiraj tablosu medyatava.com. En son 23 Kasım 2016 tarihinde erişildi. arşiv
- ↑ Turkey's War on the Press Arxivləşdirilib 2018-02-04 at the Wayback Machine, 18 Sentyabr 2009
- ↑ The Economist, 8 May 2008, Circulation wars Arxivləşdirilib 2017-07-09 at the Wayback Machine
- ↑ Reuters, 12 January 2008, Turkey eyes reform of media ownership law -paper Arxivləşdirilib 2020-10-02 at the Wayback Machine