Sabir Məmmədli — Vikipediya

Sabir Məmmədli
Şəxsi məlumatlar
Doğum tarixi 1959
Doğum yeri
Partiya
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elm sahəsi jurnalistika
Elmi dərəcəsi siyasi elmlər doktoru
Elmi adı dosent

Məmmədli Sabir Rza oğlu — Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti, siyasi elmlər doktoru.

Sabir Məmmədli 1959-cu ildə Gədəbəy rayonunun Yenikənd kəndində anadan olub. 1975-ci ildə Novo-Saratovka kənd orta məktəbini bitirib. 1981-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə başa vurub və bir il ərzində həmin fakültədə elmi tədqiqatçı kimi fəaliyyət göstərib. "Molodyoj Azerbaydjana" (Bakı), "Veçerniy Leninqrad" (Leninqrad), "Ladoqa" (Kirovsk), "Dnepr veçerniy" (Dnepropetrovsk), "Komsomolets Kubani" (Krasnodar) mətbuat orqanlarında sistematik şəkildə müxtəlif materiallarla çıxış edib. 1982–1985-ci ildə Sankt-Peterburq Dövlət Universiteti Jurnalistika fakültəsinin əyani aspiranturasında təhsil alıb. 1985-ci ildə "Mətbuat inqlabi strategiya və taktika ugrunda mübarizədə (birinci rus inqilabı illərində)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib və tarix elmləri namizədi elmi dərəcəsini alıb. 1991–1999-cu illərdə BDU-nun Beynəlxalq münasibətlər və beynəlxalq jurnalistika kafedrasında çalışıb, 1999-cu ildən Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında baş müəllim, dosent vəzifələrində çalışır. 2016-cı ildə "Azərbaycan mətbuatının inkişaf problemləri beynəlxalq təşkilatların media siyasəti kontekstində" mövzusunda doktorluq dissertsiyası müdafiə edib. Siyasi elmlər doktorudur. "Beynəlxalq jurnalistikanin müasir problemləri", "Beynəlxalq təcrübədə jurnalistin hüquq və vəzifələri", "Beynəlxalq jurnalistika və müasir beynəlxalq münasibətlər", "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi" fənnlərindən dərs deyir. "Beynəlxalq təşkilatların müasir media siyasəti və Azərbaycan mətbuatının inkişaf problemləri" sahəsi üzrə mütəxəssisdir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1986-cı ildən Bakı Dovlət Universitetində çalışır. Sabir Məmmədli Azərbaycan milli-azadlıq hərəkatının fəal iştirakçılarından biridir. 1989-cu ilin axırlarında Sabir Məmmədli bir qrup ziyalılarla birlikdə ilk siyasi partiyalardan olan Azərbaycan Xalq Partiyasını qurmuş, onun sədr müavini olmuşdur. 1991-ci ildə AXP-nin mətbu orqanı olan "Xalq səsi" qəzetinin naşiri və baş redaktoru olmuşdur. 1990-cı ilin noyabr ayından 1991-ci ilin fevral ayınadək Azərbaycan Xalq Partiyası və 27 may 1989-cu ildə Azər Qasımzadə tərəfindən təsis olunmuş Azərbaycan Dirçəliş Partiyası vahid partiya — Azərbaycan Xalq Dirçəliş Partiyası adı altında birləşdi.[1]

1992-ci ildə Vətənin ağır günlərində ali məktəb tələbələrindən ibarət könüllülər dəstəsi yaradıb və Qarabağ müharibəsində fəal iştirak edib. Müdafiə Nazirliyinin Gədəbəy-Tovuz bölgəsi üzrə səlahiyyətli nümayəndəsi olub. Məşhur "Başkənd əməliyyatı"nın təşkilatçılarından və rəhbərlərindən biridir. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında humanitar siyasət söbəsinin müdiri və Nazirlər Kabinetində təhsil, səhiyyə və sosial problemlər şöbəsinin müdiri vəzifələrində çalışıb.

Müsavat Partiyasının Məclis üzvüdür.

  • Beynəlxalq jurnalistika: təşəkkül prosesi və demokratik ölkələrin media təcrübəsi (monoqrafiya). Bakı: Bakı Dövlət Universiteti Nəşriyyatı, 2013.
  • Beynəlxalq jurnalistika dünya media sistemində (dərs vəsaiti). Bakı: Bakı Dövlət Universiteti Nəşriyyatı, 2013.
  • Avropa Şurası və ATƏT-in media siyasəti. Bakı: Bakı Dövlət Universiteti Nəşriyyatı, 2018.
  • Müstəqil Azərbaycanın mətbuat sistemi: təşəkkülü və inkişafı. Bakı: Bakı Dövlət Universiteti Nəşriyyatı, 2018.
  • XX əsrin siyasi tarixi. Mühazirə kursu (müəlliflər kollektivi). Bakı: 1991.
  • Из истории революционного движения молодежи Азербайджана. Баку: Издательство АГУ,1987.
  • Əli bəy Hüseynzadə və müsavatçılıq məfkürəsinin yaranması. Bakı: Azərnəşr, 1998.
  • Təbliğatın sosioloji və psixoloji mahiyyəti. Bakı: Ulu, 2000.
  • "Beynəlxalq jurnalistikanın müasir problemləri" kursunun tədris-metodik məsələləri. Bakı: Bakı Universiteti Nəşriyyatı, 2011.
  1. "Arxivlənmiş surət". 2018-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.