Sadaklar — Vikipediya
Sadaklar — Azərbaycanda (Qafqaz Albaniyasında) yaşamış və Alban tayfa ittifaqında daxil olan türk mənşəli tayfalardan biri.
Moisey Kalankatlı Qafqaz Albaniyasının bir tayfasının adını Savdey kimi çəkir [1] Müəllifin yazdığından belə çıxır ki, bu tayfa I əsrdən bu ərazidə yaşamışdır. Azərbaycan tədqiqatçılarının bəziləri[kimlər?] bu tayfanı Qafqazmənşəli, bəziləri[kimlər?] isə türkmənşəli sayırlar. Əslndə Kalankatlının Savdey kimi göstərdiyi (əslində Kalankatlının etnonimi necə yazması məlum deyil. Erməni kilsə xadimləri[kimlər?] alban dilində yazılmış bütün əsərləri məhv edərkən[nə vaxt?] Kalankatlının əsərinin də orijinalını məhv etmişlər və biz bu əsərin qrabarcaya tərcüməsindən istifadə edə bilirik) bu etnonim sadak türk tayfasının adının qrabarca təhrifidir.
Sadak türk tayfası qədim tarixə malikdir. Orta Asiyada bu tayfa e.ə. 519-cu ilə aid Bisutun qaya yazısında saklarla yanaşı xatırlanır. Daha sonra belə tayfa hunların arasında məlum olur. Qiyasəddin Qeybullayev qeyd edir ki, ehtimal ki, Azərbaycandakı sadaklar e.ə. VII əsrdə sakların Azərbaycana axını zamanı gəlmişlər. XIV əsr müəllifi Həmdullah Qəzvininin Şəmkir yaxınlığında göstərdiyi Yurt-Şadakban toponimi, Tovuz və Qazax rayonlarında Sadıxlı (əslində Sadaklı) kəndlərinin adları bu etnonimlə bağlıdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Alban ölkəsinin tarixi. I kitab. IV fəsil
Mənbə
[redaktə | mənbəni redaktə et]- Q.Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: 1994
- Moisey Kalankatlı. Alban ölkəsinin tarixi. Mxitar Qoş-Alban səlnamələri. Bakı: 2006