Sahə (film) — Vikipediya
Sahə | |
---|---|
Janr | Dram Müsibət (misteriya) Art-haus |
Rejissor | İlqar Safat |
Prodüser | Nəriman Məmmədov |
Ssenari müəllifi | İlqar Safat |
Operatorlar | Konstantin (Mindia) Esadze Varlam Karçxadze |
Bəstəkar | Andrey Doynikov |
Rəssamlar | Rəna Əffəndi Törəxanım Ağabəyova |
İstehsalçılar | Narimanfilm Georgiafilm Bagirafilm |
İlk baxış tarixi | 2010 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 115 dəq. |
Ölkələr | Azərbaycan Gürcüstan |
Dillər | Azərbaycan dili, rus dili |
İl | 2010 |
Rəng | rəngli |
Çəkiliş yeri | Azərbaycan |
IMDb | ID1718182 |
Sahə — rejissor İlqar Safatın[1] quruluşunda hazırlanan bədii film.[2]
Məzmun
[redaktə | mənbəni redaktə et]Məşhur fotoqraf və nişanlısı mübahisə edərkən yol-nəqliyyat qəzasına düçar olduqlarından polis SAHƏ-sinə düşürlər. Burada, nişanlısına olan inamsızlığa istinad edərək fotoqraf öz daxilində uşaqlıqda qazanılan bir fobiyanı aşkar edir. Uzun illər boyu onun qəlbində qadınlara qarşı qorxu hissi yaşayır. Bu SAHƏ-dən sağ-salamat çıxmaq üçün, o, burada öz qorxularını qoymalıdır.
Film haqqında
[redaktə | mənbəni redaktə et]- Film Azərbaycan (Narimanfilm) və Gürcüstanın (Georgiafilm, Bagirafilm) birgə işidir.[3]
- Çəkilişlər 16 sentyabr 2008-ci ildə başlamış və 25 noyabr 2008-ci ildə başa çatmışdır.
- Film bütünlüklə Azərbaycanda 35 mm. kino lentinə çəkilmişdir.
- Film layihəsi Kler Douns (ssenari müəllifi, Böyük Britaniya) və Cedomir Kolar (prodüser, Fransa) məsləhətləri əsasında İFA-SC treyninq proqramı çərçivəsində işlənib hazırlanmışdır.
- Filmin janrı dram-müsibətdir, coğrafi mənşəyinə, universal mövzularına, misteriyaya görə, "art-house" hesab oluna bilməsinə baxmayaraq, kommersiya baxımından da güclüdür.
- Film 2010-cu ildə Azərbaycandan 83-cü Oskar mükafatının "Xarici dildə ən yaxşı filmə görə" nominasiyasına göndərilmişdir.
- Filmdə baş rolun ifaçısı Timur Oduşev 2010-cu ildə Oskar mükafatının 32-ci "Hollivudun gənc istedadları" mükafatına (32nd Young Artist Awards) layiq görülmüşdür.[4][5]
Fikirlər
[redaktə | mənbəni redaktə et]- "Sahə" hekayəsi maraqlı janrlar kəsişməsini – fövqəltəbiilik ilə misteriyanı – özündə birləşdirir və bu da öz növbəsində diqqəti müasir münasibətlərdə olan təzyiq və dilemmalara yönəldir. Hadisələr Bakıda cərəyan edir və Bakı özlüyündə beynəlxalq auditoriya üçün böyük maraq kəsb edir.Belə ki, bu, xaricə səyahət edə biləcək hekayəni nəql etmə gücünə malik olan bir mədəniyyətdir və bu mədəniyyətə çox az kinematoqrafik baxış var. Bu, keçmişi indiki zamanda məskunlaşmasına mane olan bir insanın klassik hekayəsidir. Hadisələr tezliklə SAHƏ daxilində dramatik gərginlik və baş qəhrəmanın şəxsi travmasını üzə çıxaran keçmişin yavaş-yavaş aşkarlandığı bir zamanda, gözlənilməz dəyişikliyə hazırlıq yaradaraq, hər şeyin təklif olunduğu və heç nəyin aşkarlanmadığı sirli məkanda cərəyan edir. Bu keçmiş Azərbaycanda erkən fotoqrafiya sənətinə bir baxış yaradır və bu da hekayəyə cəlbedicilik qatır." (Kler Douns)
- "Gürcüstanda keçirilən İFA-SC seminarı zamanı mənim "Sahə" filminin (ssenari müəlifi və quruluşçu rejissoru İlqar Safat olan və sizin kompaniyanın işləyib hazırladığı və istehsal etmək niyyətində olduğunuz) ssenarisini oxumaq imkanım olmuşdur. Böyük məmnuniyyətlə Sizə bildirirəm ki, mən bu ssenarinin son dərəcə maraqlı olduğunu hesab edirəm. Əla yazılmış, ölkənizin bugünkü reallığına qeyri-adi yanaşmanı əks etdirən personajlar və süjet yaxşı işlənmişdir. Janrın ən yaxşı ənənələrinə söykənən bu hekayə dünya səviyyəsində çox geniş auditoriya kütləsi üçün nəzərdə tutulur və maraqlı beynəlxalq müvəffəqiyyətə imkanlar açır. "Tipik Azərbaycan filmindən nə gözləyərdik" kimi şablon ifadələrdən uzaq olaraq, bu film, müəyyən bir məkanda baş vermiş universal hekayəni yaratmağa imkan verir. Bu yolla, İlqar Safatın filmi yeni auditoriya və beynəlxalq mətbuatın, həmçinin dünyada keçirilən festivalların diqqətini cəlb etmək istiqamətində mühüm addım ola bilər." (Çedomir Kolar)
- Auditoriya haqqında: Biz hesab edirik ki, filmin auditoriya kütləsi 25-54 yaş arası kişi və qadınlardan ibarətdir. Beynəlxalq bazarda auditoriya başlıca olaraq, Avropa art-house auditoriyası hesab olunsa da, bununla belə, filmin universal məkanına görə biz inanırıq ki, film daha geniş auditoriyanı cəlb edə biləcək.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenari müəllifi : İlqar Safat
- Quruluşçu rejissor : İlqar Safat
- Quruluşçu operatorlar : Konstantin (Mindia) Esadze, Varlam Karçxadze
- Quruluşçu rəssamlar : Rəna Əffəndi, Törəxanım Ağabəyova
- Bəstəkar : Andrey Doynikov
- Bədii rəhbər : Cəmil Quliyev
- Prodüser : Nəriman Məmməodov
- Ko-prodüserlər : Tamara Tatişvili, Arçil Menaqarişvili, Fina Qarber, Svetlana Slapke, Kriştof Kordeli, Konstantin Vitkin
- Filmin direktoru : Leyla Dostəlizadə (Leyla Dostəli-zadə kimi)
- Rəssam-dekorator : Törəxanım Ağabəyova
- Geyim üzrə rəssam : Olqa Şabanova
- Montaj : Levan Kuxaşvili, İlqar Safat
- İşıq : Mamuka Tkeşelaşvili, Vaja Aprasidze, Bidzina Çikxaldze, Aleksandr Devdarlani
- İkinci rejissor : Marlami Kulumboqaşvili
- Meydança üzrə menecer : Səbuhi Məmmədov
- Post-prodakşn meneceri : Rüstəm Şəfiyev
- Səs rejissoru : İvan Ovsakov
- Meydançada səs rejissoru : Teymur Kərimov
- Küy tərtibatçısı : Sergey Fiqner
- Səs effektlərinin dizaynı : Dmitri Vasilyev
- Dolby məsləhətçisi : Mixail Nasonkin
- Musiqi üzrə məsləhətçi : Lyubov Vvedenskaya
- Mətnin düzülüşü : Eldəniz Rəsulov
- Satış üzrə agent : Viki Antonopolu
Rollarda
[redaktə | mənbəni redaktə et]- Zaza Bejaşvili – Qərib
- Melissa Papel – Səbinə
- Vaqif İbrahimoğlu – polis rəisi
- Timur Oduşev – Qəribin uşaqlığı
- Məmməd Səfa – birinci polis
- Fərid Bağırov – ikinci polis
- Ramiz İbrahimov – İosif Davidoviç
- Nina Rakova – Alina
- Sonaxanım Mikayılova – Səbinənin anası
- Ruslan İsmayılov – Pərviz
- Müdhət Aydın – Topal (Midhət Aydınov kimi)
- Debora Kidd – Cənnət
- Anar Zeynalov – Akif
- Rafiz Mehdizadə – Emil
- Aleksandr Klimaşev – Seva
- Aleksey Saprıkin – yaşlı müştəri
- Rasim Cəfərov – gənc müştəri
- Aleksandr Hakimov – həkim
- Tərlan Manafov – qəribə məxluq
- Dilarə Nəzərova
- Kamran Rəfiyev
- Zaur Məmmədov
- Rəşad Babayev
- Olqa Şabanova
- Ləman Səmədova
- Aslan Əlibəyov
- Anar Salmanov
- Marina Bakxadze
- Eldar Cavadov
- Rəhim Məmmədov
- Ramin İsgəndərov
- Dilavər Manafov
- Vaqif Cavadov (II)
- Aydın Bağırov
- Elvin Əbdülrəhimov
- Əli Məmmədov
- Tərlan İsrafilov
- Samir Mahmudov
- Konstantin Kuznetsov
- Geta Dodaşvili
- Teymur Adilbəyov
- Rəhman Məmmədov
- Rövşən Abdullayev (II)
Əvvəlki: Qala | Azərbaycandan Xarici dildə ən yaxşı filmə görə Oskar mükafatına göndərilmiş film 2010 | Sonrakı: Buta |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Məhəmmədrəsulqızı, M. “Sahə”- keçmiş ilə gələcək arasında: [Rejissor İlqar Safatın eyni adlı ekran əsəri haqqında] //Mədəniyyət.- 2011.- 2 fevral.- S. 10.
- ↑ Azərbaycanlı aktyor Hollivudun mükafatına layiq görülüb: [Azərbaycanın gənc aktyoru Timur Oduşev rejissor İlqar Salatın quruluşunda hazırlanan “Sahə” bədii filmindəki roluna görə] //Mədəniyyət.- 2011.- 23 fevral.- S.11.
- ↑ Qafar, T. Gürcüstan və Fransa aktyorları Azərbaycan filmində: [Rejissor İlqar Safatın "Sahə" bədii tammetrajlı filmi haqqında] //İki sahil.- 2010.- 2 sentyabr.- S. 16.
- ↑ “Timur Oduşev” //"OK" jurnalı.- 2011.- may.
- ↑ CBC. "Азербайджанский фильм выдвинут на соискание премии "Оскар"" (rus). Youtube.com. 14.10.2017. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-15.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
- “"Sahə" bədii filmi Beynəlxalq Truskaves kinofestivalında "Ən yaxşı operator işi" nominasiyasında mükafata layiq görülüb” //Yeni Azərbaycan.- 2011.- 10 iyun.
- Məhərrəmova, T. "Tamaşaçılar milli kinomuz üçün acıyıblar": "Oskar"ın "Ən yaxşı xarici" film nominasiyasına iddialı olan "Sahə" bədii filmi Hollivuddan əlidolu qayıdıb: [Gənc aktyor Timur Oduşevin "Oskar" mükafatına layiq görülməsi haqqında] //Kaspi.- 2011.- 17 mart.- S. 9.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Azərbaycan filmlərinin siyahısı
Xarici keçid
[redaktə | mənbəni redaktə et]- The Precinct — Internet Movie Database saytında