Salavat Qaysin — Vikipediya

Salavat Qaysin
Şəxsi məlumatlar
Doğum tarixi 24 fevral 1940(1940-02-24)
Doğum yeri
Vəfat tarixi 5 yanvar 2023(2023-01-05) (83 yaşında)

Təltifləri "Şərəf nişanı" ordeni
Salavat Yulaev ordeni

Salavat Muxtar oğlu Qaysin (başq. Ғайсин Салауат Мөхтәр улы, rus. Гайсин Салават Мухтарович; 24 fevral 1940, Rəsul, Başqırd MSSR5 yanvar 2023) — Rusiya təsərrüfat xadimi, 1992–2011-ci illərdə Başinformsvyaz ASC-nin baş direktoru.[1][2][3] 12-ci çağırış Başqırdıstan MSSR Ali Şurasının üzvü, 3 və 4-cü çağırış Başqırdıstan Respublikası Qurultayının deputatı.

Salavat Qaysin 1958-ci ildən 1959-cu ilədək Uçalı şəhərində tikinti trestinin daşyonan-dülgər kimi işləmişdir.

1964-cü ildə Novosibirsk Elektrotexnika Rabitə İnstitutunun telefon və teleqraf rabitəsi ixtisasınl bitirmişdir.

1965–1975-ci illərdə baş mühəndis, sonra isə Beloretsk istismar və texniki rabitə qovşağının rəhbəri olmuşdur.

1976-cı ildən BMSSR Texniki İstehsal Rabitəsi İdarəsinin (TİRİ) rəhbər müavini vəzifəsinə keçir və 1987-ci ilin noyabr ayında yekdilliklə müəssisə rəhbəri seçilir. 1992-ci ildə BMSSR TİRİ Başinformsvyaz ASC-yə çevrilməsindən sonra Salavat Qaysin 2011-ci ilə qədər şirkətə rəhbərlik edərək baş direktor vəzifəsində işləyirdi.

1990–1995-ci illərdə BMSSR Ali Şurasının deputatı olmuşdur, Başqırdıstan parlamentinin Nümayəndələr Palatasının deputatı seçilmişdir, Başqırdıstan Respublikası Hökumətinin üzvü olmuşdur.[4]

Rusiya Təbiət Elmləri Akademiyasının fəxri akademiki, Başqırd Dövlət Universitetinin fəxri akademiki, Telekommunikasiya Keyfiyyəti Akademiyasının həqiqi üzvü, Ufa FK-nın fəxri prezidenti.

2011–2014-cü illərdə "Başinformsvyaz" ASC-nin İdarə Heyətinin sədri, "Rostelekom" ASC prezidentinin müşaviri olmuşdur.

Ailəlidir, bir oğlu var.

  • Salavat Yulaevin "Şərəf nişanı"
  • "Şanlı əməyə görə" medalı
  • Başqırdıstan Respublikasının əməkdar rabitəçisi, "Rabitə ustası"
  • SSRİ-nin fəxri radioçusu, Rusiya Federasiyasının əməkdar rabitəçisi
  • Başqırd Dövlət Universitetinin fəxri doktoru, Beynəlxalq Rabitə Keyfiyyəti Akademiyasının və Beynəlxalq Patronaj Akademiyasının həqiqi üzvü.
  • Başqırdıstanın rabitə tarixinin xülasəsi" (Ufa, 1987)
  • "Başqırdıstanda telekommunikasiya: teleqrafdan İnternetə" (Ufa, 2001).
  • "Sözə sadiqlik" (Ufa, 2005)
  • "Etiraf" (Ufa, 2006).
  1. "ИА Башинформ". 2020-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-03.
  2. "ОАО «Башинформсвязь»". 2018-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-03.
  3. "Гайсин Салават Мухтарович". 2020-02-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-03.
  4. "сайт ГС Башкортостана". 2016-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]