Salman Musayev — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Salman Musayev | |
---|---|
Doğum tarixi | 1958 |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | dinşünas |
Mükafatları | |
Salman Musa oğlu Musayev (1958, Hamamlı, Dmanisi rayonu) — Qafqaz müsəlmanlarının XI Müftisi.
Həyatı
[redaktə | mənbəni redaktə et]1958-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunun Hamamlı kəndində doğulub.
1982-ci ildə Daşkənd İslam Universitetini bitirib.
1984–1985-ci illərdə Liviya "İslama dəvət" Universitetinin ilahiyyat fakültəsində təhsil alıb.
1986-cı ildən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti vəzifəsindədir.
2002-ci ildə Gürcüstan Respublikasının "Şərəf" Ordeni ilə təltif olunub.
Müfti Hacı Salman Musa oğlu Musayev 1958-ci ildə Gürcüstanın Dumanisi rayonunun Hamamlı kəndində fəhlə aləsində anadan olub. Özbəkistanın Buxara şəhərindəki Mir Ərəb mədrəsəsini, Daşkənd İslam İnistutunu və Liviyadakı İslam Çağırışı Universitetini bitirib. Əvvəlcə Tbilisi "Cümə" məscidində imam-xətib, sonra Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsinin xarici əlaqələr şöbəsində referant vəzifəsini icra edib.
Müfti Hacı Salman Əfəndi 1987-ci ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini təyin edilir, 1989-cu il iyulun 25-də keçirilən Zaqafqaziya müsəlmanlarının IX qurultayında isə həmin idarəyə müfti vəzifəsinə seçilir.
Müfti Hacı Salman Əfəndi müsəlmanlar arasında böyük hörmətə malikdir. Dünyanın əksər müsəlman ölkələrində keçirilən ali məclislərin iştirakçısı olub. Qazandığı hörmət və nüfuzuna görə, uzun müddət "Hacı Əcdərbəy" məscidinin imam-xətib vəzifəsi ona həvalə olunub.
Dəfələrlə Məkkə ziyarətində olan Müfti Hacı Salman Əfəndi hal-hazırda bu vəzifəni icra edir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Yayım şurası Arxivləşdirilib 2009-09-11 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et] Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |