Samir Vəliyev — Vikipediya

Samir Vəliyev
Samir Teymur oğlu Vəliyev
Doğum tarixi
Doğum yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası beynəlxalq iqtisadi münasibətləringilis dili tərcüməçisi
Təhsili Kiyev Dövlət Universiteti
Mükafatları "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

Samir Vəliyev (Samir Teymur oğlu Vəliyev; 1962, Bakı) — iqtisad elmləri namizədidir, energetika nazirinin müavini.[1]

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Samir Vəliyev 1962-ci ildə Bakı şəhərində iqtisadçı akademik Teymur Vəliyevin ailəsində anadan olub.

1984-cü ildə Kiyev Dövlət Universitetini beynəlxalq iqtisadi münasibətlər və ingilis dili tərcüməçisi ixtisası üzrə bitirib.

1984–1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub.

1992–2017-ci illərdə Xarici İqtisadi Əlaqələr, Ticarət, Dövlət Əmlak, İqtisadi İnkişaf, İqtisadiyyat və Sənaye, habelə İqtisadiyyat nazirliklərində rəhbər vəzifələrdə, o cümlədən aparat rəhbəri vəzifəsində çalışıb. Bu müddət ərzində o, Nazirliyin işlər müdiri olaraq ilk dəfə Nazirlər Kabinetinin 27 mart 2002-ci il tarixli 51 nömrəli Qərarə ilə Kollegiya üzvü təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 1025 nömrəli Sərəncamı, 14 oktyabr 2004-cü il tarixli 455 nömrəli Sərəncamı və sair sərəncamları ilə Samir Vəliyev müxtəlif dövlətlərarası, hökumətlərarası və idarələrarası komissiyalarda Azərbaycan Respublikasını təmsil edib.

2017-ci ildən Azərbaycan Respublikası energetika nazirinin müavini vəzifəsində çalışır.[1]

Dünya Bankı tərəfindən həyata keçirilən 'Doing business' layihəsi[2] və onun davamı olan 'Əlverişli biznes mühiti' layihəsində[3] energetika sahəsi üzrə işçi qruplara rəhbərlik edir.

2020-cu ildən bəri energetika sahəsində keçirilən hüquqi islahatlar üzrə məsul şəxsdir. Bu islahatlar çərçivəsində "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında"[4], "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında"[5], habelə yeni "Energetika haqqında"[6] və "Elektroenergetika haqqında"[7] qanunlar əsasən bilavasitə S.Vəliyevin kurasiyasında olan hüquqşünaslar tərəfindən ərsəyə gətirilib.

Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışır.

Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2014-cü il tarixli, 798 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.[1]

Ailəlidir, 2 övladı var.

  1. 1 2 3 "Vəliyev Samir Teymur oğlu". 2019-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-23.
  2. "Doing Business". World Bank (ingilis). 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  3. "World Bank global project" (PDF). World bank. 2023-12-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-15.
  4. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  5. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  6. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  7. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]