Samur Qunc — Vikipediya
Samur Gunj (d. 1380-ci illər – ö. 1455) — Elbəy Nigülesügçi xanın qızı və Kobeguntayın həyat yoldaşı. Həyatı boyunca Börçigin sülaləsinin qorunması üçün mübarizə aparmışdır.
Yaşayışı
[redaktə | mənbəni redaktə et]Atası oğlanlarından biri öldürdükdən və onun həyat yoldaşını özünə götürdükdən sonra, məsləhətçisi Daiyuunun təcavüz məsələsinə qarışmasından şübhələndiyi üçün onu öldürdü. O, Daiyuunun ailəsinin qisas ala biləcəyindən qorxduğu üçün qızı Samur Gunju Daiyuunun oğluna ərə verdi. Samur Gunjun əri Oyratlar üzərinə hakim edildi və taişi adlandırıldı.[1] Taişi Oyratlarda hakim demək idi.
Samurun sülaləsinin bir çox üzvləri öz hərbçiləri tərəfindən fəxri əsirlikdə saxlanılırdılar. Samur ilk öncə öz ərini, daha sonra isə öz oğlunu onları xilas etmək üçün yürüşlər etməyə inandıra bildi. Oğlu bu yürüşlərdə həyatını itirdikdən sonra nəvəsi Əsənin taişi olmasına nail ola bildi. Əsən Monqol platosunu və bu coğrafiyadan keçən İpək yolunun əksər hisəsini ələ keçirərkən Samur öz nəvəsini dəstəklədi.
Əsən ilk əvvəllərdə öz tayfası olan Oyratlarla Borçiginləri birləşdirməyə çalışsa da. sonradan Borçiginlərə qarşı mövqe aldı və onlardan bəzi əsilzadələri qətlə yetirdi.[2] O, hətta öz qızı Borçigin sülaləsi ilə olan evliliyindən uşaq dünyaya gətirərkən uşağın oğlan olacağı təqdirdə onun da öldürülməsi əmrini vermişdi. Lakin Samur uşağın qaçmasına və xilas olub, gizlədilməsinə nail ola bildi. Əvvəlcə uşağın qız olduğu bildirildi, lakin sonra bunun yalan olduğu bilindikdən sonra Samur uşağı öz çadırına apardı və uşağı qaçırmaq üçün onu Börçiginlərə hələ də sadiq qalan monqollara əmanət etdi. Onlar uşağı Əsən xanın tapa bilməyəcəyi yerdə gizlətməyə nail oldular.[3] Bu uşaq sonradan monqolların böyük bir hissəsini birləşdirəcək Dayan xanın birbaşa əcdadı Bayan-Münke idi.
Samur Gunj Əsən xanla təxminən eyni vaxtda vəfat etdi.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Weatherford, Jack. The Secret History of the Mongol Queens: How the Daughters of Genghis Khan Rescued His Empire. Broadway Paperbacks, New York. 2010.