Sarı üçskillinq — Vikipediya

"Sarı üçskillinq" — Dünyanın ən bahalı poçt markası.

Çəkisi 0,03 qramdır. Bu marka çəkisi və həcminə görə də dünyada ən qiymətli hesab edilir.

Markanın 1855-ci ildən müasir dövrə qədər gəlib çıxması 14 yaşlı isveçli şagirdin hesabına baş vermişdir. O, həmin vaxt markanın zibil vedrəsinə atılmasının qarşısını almışdır.

"Sarı üçskillinq"in qəribəliyi odur ki, markanın ştampı sarı rəngdədir. Halbuki, İsveç poçtunun qaydalarına əsasən, ştamp yaşıl rəngdə olmalı idi.

İndiyə kimi markanın bir çox sahibi olmuşdur. 1996-cı ildə 2,2 milyon dollara satılmışdır. 2010-cu ildə isə 7,3 milyon dollara yenidən hərraca çıxarılmışdır.