Saturnun peykləri — Vikipediya
Saturnun peykləri — Saturnun 82 peyki var. Alimlərin fikrincə Saturnda kəşf edilməmiş bir çox peyk var. Saturnun ən böyük peyki Titandır. Bu peyk Günəş sistemində ən böyük 2-ci peykdir. Saturna ən yaxın peyk Pan, ən uzaq peyk isə Fornyotdur. Saturnun 82 peykindən ancaq 53-ünün adı var və 13-ünün diametri 50 kilometrdən çoxdur.[1][2]
2019-cu ildə tapılmış peyklər[3]
[redaktə | mənbəni redaktə et]2019-cu ildə ABŞ-nin araşdırması daha 20 peykin tapılmasına səbəb oldu. Bununla da, Saturnun peyklərinin sayı Yupiterinkiləri keçdi. Beləliklə, Saturn Günəş Sisteminin ən çox peykə sahib olan planeti oldu.
Bu peyklərdən 17-i Saturnla eyni istiqamətdə dönür. Qalan 3-ü isə planetin əks istiqamətində dönür. Planetin əksinə dönən peyklərdən 2-i planetə yaxın olduğu üçün tam bir dövrü 2 ildə tamamlayır. Daha uzaqdakı digər peyklər isə planet ətrafında turu 3 ilə tamamlayır.
Bu peyklərin diametri 5 kilometrə çatır.
Peyklər Havay adalarındakı Mauna-Kea vulkanındakı Subaru teleskopu vasitəsilə kəşf olunmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Sheppard, Scott S. "The Giant Planet Satellite and Moon Page". Departament of Terrestrial Magnetism at Carniege Institution for science. 2013-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-28.
- ↑ Porco, C. and the Cassini Imaging Team. "S/2009 S1". IAU Circular. 9091. November 2, 2009. June 11, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 28, 2015.
- ↑ Satürn, 20 Yeni Uydusuyla Güneş Sisteminde En Çok Uydusu Olan Gezegen Oldu Arxivləşdirilib 2021-12-07 at the Wayback Machine (Türk dilində). webtekno.com, 8 oktyabr 2019. 9/10/2019/ tarixində tapıldı.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Simulation showing the position of Saturn's Moon". 23 August 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 May 2010.