science.gov.az — Vikipediya
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
www.science.gov.az, www.elm.az, www.nauka.az} | |
---|---|
URL | science.gov.az |
Qeydiyyat | AZ1073, Azərbaycan Respublikası, Bakı ş., Hüseyn Cavid prospekti 115 |
Dilləri | Azərbaycan, rus və ingilis |
Açılma tarixi | 1995 |
Science.az — Azərbaycanda yaradılmış ilk veb-saytdır. AMEA-nın rəsmi veb-portalı olaraq www.ab.az adı ilə 1995-ci ildə istismara verilmişdir. Science.az ölkədə fəaliyyət göstərən İnternet-media orqanları arasında öz çəkisinə, əhatə genişliyinə görə seçilən və böyük oxucu kütləsinə malik portallardandır. Portal böyük informasiya bazası və güclü axtarış imkanlarına malikdir.
Science.gov.az AMEA-da fəaliyyət göstərən alimlərin dünyanın tanınmış elmi qurumlarıilə əlaqə yaratması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün vasitəçi rolunu oynayır. Azərbaycan elminin təbliği istiqamətində fəaliyyət göstərdiyi illər ərzində portal bütün ölkə üzrə ən etibarlı məlumat mənbələrindən birinə çevrilib. AMEA-nın fəaliyyətinin işıqlandırılması işini uğurla davam etdirən bu resurs, həm də ölkədə ilk internet jurnalistika məktəbidir.
Əsas məqsədi AMEA haqqında müvafiq məlumatların, onun coxşaxəli fəaliyyətinin Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması, həmçinin akademiyanın əməkdaşlarının beynəlxalq elmi informasiya məkanı ilə əlaqələrinin təmin edilməsidir.
Yaranma tarixi
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikasında ilk veb-sayt olan science.az 1995-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunda akademik Əli Abbasovun rəhbərliyi altında fəaliyyətə başlamışdır.
Portal 3 inkişaf dövrünü geridə qoymuşdur. I mərhələ 1995-2003, II mərhələ 2003-2015, III mərhələ isə 2015-2019-cu illəri əhatə edir. Fəaliyyət göstərdiyi ilk - 1995-2003-cü illərdə sayt statik, strukturlaşdırılmamış səhifələrdən ibarət idi, verilənlər bazası isə mövcud deyildi.
AMEA Rəyasət Heyəti 26 sentyabr 2001-ci il tarixdə “www.science.az portalının yaradılması haqqında” qərar qəbul etmiş və bu işi İnformasiya Texnologiyaları İnstitutuna həvalə etmişdir. Bu mərhələdə portalın dizaynı və strukturu yenilənmiş, fotoqalereyası yaradılmış, xəbərlər verilənlər bazası əsasında işlənilməyə başlamışdır.
AMEA Rəyasət Heyətinin 3 iyul 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “AMEA Rəyasət Heyətinin informasiyalaşdırılmasına dair Fəaliyyət Planı”nda digər məsələlərlə yanaşı, www.science.az portalının yeni versiyasının hazırlanması da nəzərdə tutulmuşdur. AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən ən yeni texnologiyaların tətbiq olunması şərtilə portalın yeni versiyası hazırlanmışdır.
Portalda, həmçinin Azərbaycanda elmin populyarlaşdırılması məqsədini daşıyan İnternet-televiziya – “ElmTV” fəaliyyət göstir AMEA-nın Rəyasət Heyəti, elmi müəssisə və təşkilatları, o cümlədən görkəmli alimlərin fəaliyyətləri haqqında videoreportaj və videoçarxlar hazırlanır.
Qeyd olunub ki, 2003-cü ildən bəri istismarı AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilən science.az portalı 2014-cü ildə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin strukturuna daxil edilmişdir. 2019-cu ildə edilən müvafiq struktur dəyişikliklərindən sonra isə idarə şöbə adlandırılmışdır. Hazırda Science.gov.az AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi tərəfindən idarə olunur. Şöbənin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.
5 may 2021-ci ildə isə Science.gov.az portalının kompüter, mobil və planşet versiyaları müasir dizaynda, dövrün çağırışlarına uyğun, ən son texnologiyalardan istifadə etməklə, təkmilləşdirilmiş variantda hazırlanaraq oxucuların istifadəsinə verilib.
Sayt AR Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə uyğun ərsəyə gətirilib. Veb saytın hazırlanması zamanı müasir İKT metodlarından “PHP 7.3” proqramlaşdırma dili, “10.4.14 – MariaDB” məlumat bazası və “Laravel Framework”-dən (əvvəl Kohana Framework) istifadə olunub. Eyni zamanda “SQL injection”, “XSS” və “CSRF” kimi təhlükəsizlik tədbirləri görülüb.
Bu gün Azərbaycan elminin təbliği istiqamətində ölkədə ixtisaslaşmış ən böyük veb sayt olan Science.gov.az-ın yeni versiyası “AMEA haqqında”, “AMEA-nın prezidenti”, “AMEA RH aparatı”, “Sənədlər”, “Tribuna”, “Xəbərlər” və “Əlaqə” kimi əsas bölmələrdən ibarətdir. Saytın alt kateqoriyalarından istifadə etməklə oxucular AMEA-nın yaranma tarixi, keçdiyi inkişaf yolu, müasir dövrü, Akademiyanın elmi müəssisə və təşkilatlarının strukturu, AMEA rəhbərliyinin fəaliyyəti, qəbul edilən sənədlər, Azərbaycan və dünya elmində baş verən ən son elmi yeniliklərlə tanış ola bilərlər.
Yeni dizaynda ilk dəfə olaraq manşet bölməsi əlavə olunub ki, bu da mühüm xəbərlərin daha erkən gözəçarpmasına imkan verir. Saytın foto və video bölməsində isə müvafiq olaraq portaldakı bütün xəbərlərin foto və videoları sistemləşdirilib və istifadəçilər üçün əlçatanlıq imkanları genişləndirilib.
Eyni zamanda saytın əsas səhifəsində AMEA Rəyasət Heyətinin mətbu orqanları “Elm-Nauka” qəzetinin və “Elm və həyat” jurnalının bannerləri yerləşdirilib və daxili bölmələrdə sözügedən nəşrlərin illər və aylar üzrə elektron variantları yüklənib.
Bundan əlavə, portalın əsas səhifəsindəki AMEA-nın “Elm TV” internet televiziyası bölməsindən və müvafiq keçiddən istifadə etməklə Akademiya və ölkə gündəminə dair əməkdaşların hazırladıqları süjetlərlə tanış olmaq mümkündür.
Növbəti hissədə isə Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondu tərəfindən hazırlanan “Azərbaycan” portalının rəsmi saytlarının keçidləri yerləşdirilib.
Hazırda portalda yerləşdirilən mühüm məlumatlar Azərbaycan Milli Elmlər Akademiyasının “Facebook” və “Twitter” sosial şəbəkə səhifələrində də operativ olaraq işıqlandırılır.
Portalın strukturu
[redaktə | mənbəni redaktə et]- AMEA HAQQINDA
- Yaranma tarixi
- AMEA-nın təsisçiləri
- AMEA-nın sabiq prezidentləri
- AMEA-nın strukturu
- AMEA-nın üzvləri
- Sosial xidmətlər
- Dövri nəşrlər
- Tarixi binalar
AMEA-nın PREZİDENTİ
- Tərcümeyi-hal
- Görüşlər
- Prezidentin qəbulu
AMEA RH APARATI
- Rəhbərlik
- İdarə və şöbələr
- RH-nin nəzdindəki təşkilatlar
SƏNƏDLƏR
- Elm haqqında AR Qanunu
- Rəyasət Heyətinin Qərarları
TRİBUNA
- Bəyanatlar
- Müsahibələr
- Məqalələr
XƏBƏRLƏR
ƏLAQƏ