Silahdar Kürəkən İbrahim Paşa — Vikipediya

Silahdar Kürəkən İbrahim Paşa
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir
Vəfat tarixi yanvar 1724
Fəaliyyəti siyasətçi
Atası Qız Hüseyn Paşa
Həyat yoldaşı

Silahdar Kürəkən İbrahim Paşa (bilinmiryanvar 1724) — Osmanlı sultanı III Əhməd dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Atası Sultan Murad dönəmində saraya alınaraq yüksəlmiş, IV Mehmed dönəmində qədər müxtəlif əyalətlərdə xidmət göstərən Qız Hüseyn Paşadır (ö. 1687). Əndərunda yetişmiş, saray xəzinədarı olaraq xidmət etmişdir. Ardından 13 fevral 1704-cü ildə baş silahdar oldu. Ancaq həmin ilin 17 aprelində bilinməyən səbəblə vəzifədən alındı və sürgün edildi. Çox keçmədən bağışlandı və 8 oktyabr 1704-cü ildə vəzirliklə Şəhrizor sancaqbəyi təyin edildi. Ardından 1705-ci ildə Hələb, 1707-ci ildə Ərzurum, 1709-cu ildə yenidən Şəhrizor, 1710-cu ilin oktyabrında yenidən Hələb, 1711-ci ildə Mosul, 1713-cü ildə Diyarbəkir əyalətinə təyin edildi.

1714-cü ildə yenidən Şəhrizora təyin edilsə də, bir il sonra vəzifədən alınaraq sürgün edilmişdir. Bir müddət sonra bağışlanaraq 1717-ci ildə İstanköy sancaqbəyi təyin edildi. Bu vəzifədə ikən 1720-ci ildə Sultan Mustafanın qızlarından Ayşə Sultanla nigahlandı. Nigahın ardından 1721-ci ildə Mərəş, həmin ilin oktyabrında isə yenidən Ərzurum bəylərbəyi oldu. 1724-cü ilin yanvarında burada vəfat etmişdir. Övladının olub-olmadığı bilinmir.

  • Sicill-i Osmani III cild, səh. 98