Sincan (Oğuz) — Vikipediya
Sincan | |
---|---|
40°56′41″ şm. e. 47°34′54″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 391 m |
Saat qurşağı | |
Sincan — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
Ehalisi-1673
Toponimikası
[redaktə | mənbəni redaktə et]Oykonim qədim türk dillərindəki sin (düşərgə, ordugah) və qan (yer, məkan) sözlərindən düzəlib, "düşərgə yeri" mənasındadır. Orta əsrlrdə Azərbaycan ərazisində Səncan adlı bir neçə yaşayış məntəqəsi olmuşdur. Hazırda Cənubi Azərbaycanda da eyniadlı kənd var. Sincan eyni zamanda qambatı da adlanan çoxillik ot və kol bitkisinin adıdır.[1]
"Sincan" — türk Azərbaycan mənşəli etnotoponimdir. Dəvəçi rayonunda Sincan-Boyat adlı kənd var. Köçəri türkmənlər içərisində sencan adlı tayfa olmuşdur. "Sincan" — iki sözün birləşməsindən yaranmışdır: "sin" və "can". "Sin" — türk dillərində "kimi, sanki" mənalarını daşıyır. "San" isə — "həyat, dirilik" deməkdir. "Sincan" — "can kimi", yəni "çox gözəl, çox səfalı, həyat nişanəli, əbədi yaşar" anlamına gəlir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Tarixi abidələri
[redaktə | mənbəni redaktə et]Kənddə yerli əhəmiyyətli memarlıq abidələrindən 4946 inventar nömrəli məscid və minarə var.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 28 km cənub-şərqdə, Şəki-Qəbələ şose yolunun solunda yerləşir. Rayon mərkəzindən Xaçmaz, Filfilli, Mollalı kəndlərinə, Bakı şəhərinə və Qəbələ rayonuna gedən avtobuslar Sincandan keçir.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, taxılçılıq, bağçılıq və tərəvəzçilik təşkil edir. Kənddə ticarət və iaşə obyektləri fəaliiyət göstərir.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Kənddə klub, kitabxana, poçt və 288 nömrəlik elektron ATS var.
Təhsil
[redaktə | mənbəni redaktə et]Kənddə uşaq bağçası və orta məktəb fəaliyyət göstərir.
Din
[redaktə | mənbəni redaktə et]Səhiyyə
[redaktə | mənbəni redaktə et]Kənddə xəstəxana mövcuddur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Sincan (Oğuz) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Oğuz rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |