Sirk mənim həyatımdır (film, 1978) — Vikipediya
Sirk mənim həyatımdır | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Cahangir Zeynallı |
Ssenari müəllifi | Rəfael Şik |
Operator | Şərif Şərifov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1978 |
Texniki məlumatlar | 2 hissə 534 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
[redaktə | mənbəni redaktə et]Filmdə Azərbaycan milli sirk ənənələrini müvəffəqiyyətlə davam etdirən respublikanın xalq artisti Xosrov Abdullayevdən, onun maraqlı yaradıcılıq yolundan, yaratdığı yeni illüzion revyusundan, sirk truppasının SSRİ-də, habelə müxtəlif xarici ölkələrdəki çıxışlarından, tanınmış jonqlyorun bənzərsiz proqramından söhbət açılır. Filmdə həmçinin Azərbaycan milli sirk kollektivinin təşəkkül tapması haqqında danışan kino və foto arxiv sənədlərindən də istifadə edilmişdir.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Rejissor: Cahangir Zeynallı
- Ssenari müəllifi: Rəfael Şik
- Operator: Şərif Şərifov
- Səs operatoru: Kamal Seyidov