Sosial mühəndislik (təhlükəsizlik) — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Sosial mühəndislik məlumatların ələ keçirilməsində istifadə olunan insanların psixoloji manipulyasiyasıdır. Bu, siyasi elmdəki sosial mühəndislikdən fərqlidir.
Prinsiplər
[redaktə | mənbəni redaktə et]Sosial mühəndislik əsasən Robert Cialdini tərəfindən yaradılan altı prinsipə əsaslanır: qarşılılıq, daimilik, konsensus, avtoritet, simpatiya, çatışmazlıq.
- Qarşılılıq — insanlar onlara qarşı edilən yaxşılığa qarşılıq verməyə meyillidir, məsələn marketinqdə pulsuz nümunələrin geniş yayılmasının səbəbi buna görədir. Cialdini konfranslarında Efiopiyanın o vaxtda qıtlıq və vətəndaş müharibəsi yaşamasına baxmayaraq, 1985-ci il zəlzələsindən sonra Meksikaya minlərlə dollar yardım etməsi nümunəsindən çox zaman istifadə edir. Efiopiya İtaliyanın 1935-ci ildə Efiopiyanı işğal edəndə Meksikanın verdiyi diplomatik dəstəyə qarşılıq verirdi. Yaxşı polis/pis polis strategiyası da bu prinsipə əsaslanır.
- Daimilik — insanlar bir fikirə və ya hədəfə yazılı olaraq öhdəlik verirlərsə, bu daimiliyi qorumaları ehtimalı daha yüksəkdir. Cialdini çinlilərin amerikan müharibə əsirlərinin imiclərini yenidən yazmaq və avtomatik olaraq məcburiyyətdən itaət əldə etmələri üçün beyinlərini yuduqlarını vurğulayır. Başqa bir misal olaraq, marketinqçilərin istifadəçiyə pop-up ekranını bağlaması anında qarşılarına "daha sonra qeydiyyatdan keçərəm" və ya "xeyr, təşəkkürlər, pul qazanmamağı seçirəm" kimi seçimlər çıxarmalarını göstərmək olar.
- Konsensus — insanlar digər insanların nələr etdiklərini görürlərsə, olar da onu edərlər. Məsələn, bir təcrübə zamanı bir və yaxud daha çox iştirakçı yuxarı baxır; daha sonra ətrafdakı digər iştirakçılar yuxarıda nəyin olduğunu görmək üçün yuxarı baxırlar.
- Avtoritet — insanlardan ziddiyyətli hərəkətlər etmələri istənilsə belə onlar avtoritet fiqurlara itaət etməyə meyilli olacaqlardır. Cialdini 1960-cı illərin əvvəllərindəki Milqram təcrübələrini və My Lai qətliamı kimi hadisələri bu prinsipə misal olaraq göstərir.
- Simpatiya — insanlar simpatiya hiss etdikləri digər insanlar tərəfindən daha asan razı salına bilirlər. Satan şəxsi bəyənən insanların satın alma ehtimalları daha yüksəkdir.
- Çatışmazlıq — çatışmazlıq tələb yaradır. Məsələn, təkliflərin "sadəcə müəyyən müddət üçün" keçərli olduğunu demək satışı təşviq edir.