Stiq Larsson — Vikipediya

Stiq Larsson
isv. Stieg Larsson
Stiq Larsson 1998-ci ildə
Stiq Larsson 1998-ci ildə
Doğum adı Karl Stiq-Erland Larsson
Doğum tarixi
Doğum yeri Şellefteo, İsveç
Vəfat tarixi (50 yaşında)
Vəfat yeri Stokholm, İsveç
Vəfat səbəbi ürək tutması
Fəaliyyəti jurnalist, yazıçı, redaktor[d], ssenarist
Fəaliyyət illəri 1991—2004
Əsərlərinin dili İsveç dili
Janr detektiv
www.stieglarsson.se
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stiq Larsson (15 avqust 1954[1][2][…]9 noyabr 2004[1][2][…], Stokholm[3]) – İsveçdə doğulan solçu siyasi lider, yazıçı, jurnalist, detektiv jurnalist Mikael Blumkvist və haker-qız Lisbet Salander haqqında "Millenium" trilogiyasının müəllifi. Həmçinin sağ ekstremizmirqçilik haqqında araşdırmaları ilə də məşhurdur.

Stiq Larssonun atası yerli gündəlik qəzet olan "Vesterbotttens-Kuriren"də rəssam işləyib. Stiq dünyaya gələndə valideynlərinin 17 yaşı olub. Stiq 9 yaşına qədər nənəsi (atasının anası) ilə birgə yaşayıb. Sonra o, daha bir övladı olan valideynlərinin yanına qayıdıb.

16 yaşında Stiq Larsson evi tərk edir. 18 yaşında Cənubi Vyetnamın Azad olunması uğrunda Milli Fonda dəstək olaraq yaradılan İsveç təşkilatının yığıncağında arxitektor Yeva Qabrielssonla tanış olur və çütlük birlikdə yaşayır.

Stiq Larsson İsveç Sosialist Partiyasının aktivisti olub, İsveç jurnalı olan "Dördüncü İnternasional"ı redaktə edib. Bundan əlavə gündəlik "İnternasional" qəzetində müntəzəm olaraq yazıları dərc olunub. O, 1987-ci ildə partiyanın sıralarını tərk edib.

1982-ci ildən etibarən Böyük Britaniyanın antifaşist qəzeti "Searchlight"ın Skandinaviya üzrə nümayəndəsi olub, ultrasağ, irqçi və nasist fikirlərin gənclər arasında yayılmasının qarşısının alınması məqsədilə "Ekspo" təşkilatı və eyniadlı jurnalı yaradıb.

O, "Sağ Ekstremizm" kitabını yazıb, eyni zamanda İsveçdə olan sağ ekstremist təşkilatlar barədə mühazirələr oxuyub və ictimai debatlarda iştirak edib. O, Mikael Ekmanla birgə "İsveç demokratları: Milli hərəkat" və "İsveç demokratları: İçəridən baxış" araşdırmalarını yazıb. Stiq Larsson Mikael Blumkvist haqqında üç romanın nəşr edilməsi ilə bağlı müqavilə imzalayır, lakin onların nəşrini görə bilmir. 2004-cü il noyabrın 9-da geniş infarkt nəticəsində 50 yaşında ölüb. Yazıçı binada lift işləmədiyinə görə 7-ci mərtəbədəki ofisinə piyada qalxıb və nəticədə infarkt olub. Onun ölümündən sonra KİV-də yazıçının ölümünnün təsadüfü olmaması ilə bağlı xeyli şayiələr gəzib. Çünki, hələ sağlığından neonasistlər yazıçını dəfələrlə təhdid ediblər, lakin onun naşiri Eva Hedin bu faktı inkar edir.

Naşirlər və dostları etiraf edirlər ki, Larsson işini çox sevən, lakin eyni zamanda çox siqaret çəkən biri olub (gündə 60-dan çox siqaret çəkirmiş).

Hazırda Stiq Larssonun romanları olduqca populyardır, dünyanın onlarla dilinə tərcümə edilib və 65 milyondan çox nüsxə ilə satılıb.

2008-ci ilin mayında Larssonun 1977-ci ildə hazırladığı vəsiyyətnaməsinin məzmunu açıqlanıb. O, burada bütün var-dövlətini İsveç Sosialist Partiyasına vəsiyyət edir, lakin vəsiyyətnamə şahidlər tərəfindən təsdiqlənmədiyindən İsveç qanunlarına görə etibarsız sayılıb və Larssonunun kitablarının satışından gələn gəlir də daxil olmaqla yazıçının bütün mülkü onun atası və qardaşına keçib.

16 yanvar 2011-ci ildə yazıçının vətəndaş nikahında olan xanımı Eva Qabrielson Larssonun sona qədər bitirə bilmədiyi sonuncu romanını yekunlaşdırmağa hazır olduğunu bəyan edib.

Araşdırmaları

[redaktə | mənbəni redaktə et]
  • Stiq Larsson, Mikael Ekman "İsveç demokratları: Milli hərəkat". – Stokholm, 2001. 364 səh.
  • İdrsi Ahmedi, Stiq Larsson, Sesiliya Enqlund "Şərəf haqqında mübahisə: feminizm yoxsa irqçilik" – Stokholm, 2004. – 136 səh.
  • Rixard Slatt, Mariya Blumkvist, Stiq larsson, Devid Laqerlef "İsveç demokratları: İçəridən baxış" – Stokholm,2004 – 144 səh.

Bədii əsərləri

[redaktə | mənbəni redaktə et]
  • "Əjdaha döyməli qız" / " Män som hatar kvinnor ", (2005)
  • "Odla oynayan qız" / " Flickan som lekte med elden", (2006)
  • "Hava qəsrlərini partladan qız" / " Luftslottet som sprängdes", (2007)
  • 2009 — "Əjdaha döyməli qız" / The Girl with the Dragon Tattoo — İsveç istehsalı
  • 2009 — "Odla oynayan qız" / The Girl Who Played with Fire — İsveç istehsalı
  • 2009 — "Hava qəsrlərini partladan qız" / The Girl Who Kicked the Hornet’s Nest — İsveç istehsalı
  • 2011 — "Əjdaha döyməli qız" / The Girl with the Dragon Tattoo — Hollivud istehsalı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Stieg Larsson // filmportal.de. 2005.
  3. Deutsche Nationalbibliothek Record #131563955 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.