Sulamiş noyon — Vikipediya

Sulamiş noyon Adak noyon oğlu (?-1299)—Besut ulusundan elxanlı sərkərdəsi.

Sulamiş noyon tanınmış sərkərdə idi. Ünlü bir ailədən çıxmışdı. Atası Adak noyon, babası Baycu noyon Elxanilər dövlətinin adlı-sanlı sərkərdələri idilər. O da bir çox döyüşlərdə özünü tanıtmışdı.

Elxanlı taxtında əyləşən Qazan xan, qarşılarında heç cür bacarıqlı olmadıqları Məmlüklərə qarşı cavab vermək üçün 1298-ci ildə Diyarbəkri işğal etdi. Bu sırada Məmlüklər, türkmənlərlə bərabər Maraşı ələ keçirdiler.[1] Daha sonra Hələbdəki Məmlük əsgərləri Sisi vurdu.[2] Buna görə Qazan xan onlara qarşı Suriyaya yönəldi[3] və öncəki Rum valisi Sulamiş ibn Əfak (Üvək) bin Baycu ət-Tatariya[4] bu səfərə qatılmasını əmr etdi. Ancaq Sulamiş bu əmrə tabe olmadı və Qazan xana qarşı üsyan bayrağı açdı (1298).[5]

Sulamiş noyon Rum valisi olmaq istəyirdi. O, 1298-ci ildə üsyan edib Bayançarı, Biçiquru, Doqquz-Teymuru öldürüb Ruma yiyələnmək istədi. Sulamişin üsyanına, Taşteymur noyan, Ağbal (İqbal) noyan və Rumdakı bəzi Elxanlı noyanları da qatıldılar. Onun üsyanını duyan Qazan xan Suriya səfərindən vaz keçdi.[6]

Sulamiş ilk olaraq Əlbistan - Nurhak arasındakı Ağça Dərbənddə Elxanlı Rum valisi Bayıncar noyon və Elxanlı Rum qoşunları sərkərdəsi Boçkur (Boçukur) noyana hücum edərək onları məğlubiyyətə uğratdı ve öldürdü.[7] Bu hərəkəti səbəbiylə, Qazanın onun üzərinə böyük bir ordu göndərəcəyini hesab edən Sulamiş Qaramanoğullarına məktub yazdı. Böyük bir üsyan hərəkətinə qalxan Sulamişə müttəfiq ya da müttəfiqlər gərək idi. İttifaq təklifi alan Qaramanoğulları isə Anadoluda Elxanlı hakimiyyətinə qarşı istiqlal hərəkətin öndərliyini etməkdəydilər. Eynı zamanda Sulamiş, valiliyi dönemində ucda təpki çəkmiş birisi deyildi. Bu önəmlidir, üsyanı sırasında Baltu ucdan dəstək tapa bilməmişdi.[8] Bu münasibətlə qaramanlılar, üsyançı noyan Sulamişdən gələn təklifi, bəyliyin Monqol təsəllütündən qurtulması və Anadolu istiqlali yolunda nəticələr almaq amacıyla qəbul etdilər. Qaramanoğlu Günəri bəy və qardaşı Mahmud bəy Sulamişə 10 min atlı ilə yardım etme sözü verdilər. Hətta Qaramanoğulları torpaqları digər türkmənlərin də qatılmasıyla bu üsyanda mərkəzi bir rol oynadı.[9] Gərək Qaramanoğullarının, gərəksə digər türkmənlərin Sulamiş üsyanını dəstəkləməsində Toğanın əl-Öməridən aldığı bu qeyd önəmlidir; (Uc) Türk əmirləri Çingiz xan övladına qarşı müdara edirlər. Onların padişahlarına və onlardan gələn məmurlara xixmət edir, onlara hədiyələr göndərirlər. Bu uc bəylərdən hər biri xanın ordasındaki Monqol böyüklərindən birisinə təkərrüb edib, onun himayəsini təmin etmişdir.. Bu bəylər elxanlıların Anadoludakı naiblərinə hədiyələr verirlər.. bu naibin xatırına riayət edərlər. Çünkü o, onlara ən yaxın olan birisidir.[10] Bundan başqa Xəlil İnalcıq, Osman bəyin oğullarından birisinin adı olan Çobanın elxanlı böyük əmiri Əmir Çoban Sulduzdan qaynaqlana biləcəyini bildirir.[11]

Sulamiş qardaşı Kutaktu və ona qatılan Babai Şeyxi Müxlisiddin ər-Rumini də bir məktubla Məmlük dövlətinə göndərdi. Məmlüklər, dönəmin böyük dövləti olub, Elxanlı dövləti ilə düşmənlik içindəydilər. Sulamişin elçiləri, Məmlük sultanı Hüsaməddin Laçından (1296–1299) yardım və Rum naibliyi üçün mənşur istədilər.[12] Belece Sulamiş, Anadoluda Məmlük naibi olmağı istəyirdi. Sulamiş məktubunda, Qaramanoğullarından başqa digər Anadolu bəylərinin də onu dəstəklədiklərini bildiridi.[13] Bu mövzuda müəllif Ağsarayi, bütün ucun Sulamişi dəstəklədiyini qeyd edir.[14] Eyni şəkildə dönəmin tarixçisi Rəşidəddin Sulamiş Suriyadan əsgərləri və ucları dəvət etdi.. Təqribən 50 min əskər topladı.. Suriyalılar (Məmlüklər) də 20 min əsgər təmin etməyi qəbul etdi. Bəzilərinə əmirlik ünvanı verdi, onları sancaq ve nağara ilə mükafatlandırdı.[15]

Qahirədə Sulamişə məmlüklərin Rum naibi olduğuna dair mənşur verildi və yardımçı birliklər göndərildi.[16] Beləcə Sulamiin ətrafında 60 min nəfərlik bir qüvvə toplandı.[17] Buna görə Tokatdakı elxanlı qışlağına gedən Sulamiş ona qatılmağı rədd edən Sivası mühasirə etdi.[18]

Belə ki, Sulamişin üsyan xəbərini Sivasda eşidilən kimi bəzi noyonlar ona tabe olmaqdan imtina etdilər. Şəhər divarlarını bərkidib, "Allaha təvəkkül deyib", vuruşmağa hazırlaşdılar. 8 martda Sulamişinin qardaşı Buğaquçi Sivası mühasirə etdi və 40 gün qalanı almağa cəhd etdi. 17 apreldə Sulamiş özü şəhərə yaxınlaşdı. Şəhəri almaq üçün hiylə işlətdi. Amma bacarmadı. Çoban və Başkirdin qoşunları tərəfindən məğlub olub, Misirə qaçdı.[19],[20]

Tarixçilər qeyd edirlər ki, mühasirə sırasında elxanlı əskərləri Sivasa çatdılar. Qazan xanın ordusunda hətta Səlcuqlu əsgərləri də vardı.[21] Savaş əsnasında əsgərləri Sulamişə xəyanət etdilər və Elxanlı ordusuna qatıldılar.[22] Bunu görən Qaraman türkmənləri də savaş meydanını tərk edərək ölkələrinə döndülər. Sulamiş arxasına aldığı bu böyük dəstəyə və yaxaladığı fürsətə baxmayaraq uğur qazana bilmədı. Suriyaya qaçdı (aprel 1299)[23] və oradan, onu dəstəkləyən Məmlük sultanının yanına, Misirə keçdi. Misirdə Sultan Laçin ona, ya Məmlük ölkəsində bir məqam seçməsini, ya da veriləcək yeni bir dəstəklə ölkəsinə getməsini söylədi. Sulamiş ikincisini seçdi. Qardaşı Kutaktu, Əmir Bəkteymur əl-Çələbi və oradan aldığı güvvəylə Anadoluya dönmək üzre yola çıxdı. Yanında Anadoludan bəri bərabərində olan Besni naibi Əmir Bədrəddin əz-Zerdkaş da vardı. Hələbdən və Dəməşqdən, vəd edilmiş olan yardımçı qüvvələri aldı. Anadoluya girdi. Ancaq üzərinə gələn Elxanlı gücləri qarşısından qaçaraq Sisdə gizləndi.[24] Orada Əmir Çoban və Başgırd tərəfindən yaxalandı. Təbrizə götürüldü və edam edildi, sentyabr 1299.[25]

Sulamiş noyon 1299-cu ildə Sultan Mahmud Qazan xana qarşı üsyan qaldırdı. Tutulub Təbriz şəhərində edam edildi.[26] . Onun tüməni Buğa-Masara verildi.

1299-cu il tarixində elxanlılara qarşı aparılan Sulamış üsyanı səbəbiylə Rum Səlcuqlu sultanı III Əlaəddin Keykubad dövlət mərkəzini tərk etmiş, Səlcuqlular bir müddət başsız qalmışdılar. Osman bəy, Səlcuqlu mərkəzindəki başsızlıq və qarışıqlıq günlərindən etibarən daha sərbəst hərəkət etməyə başlamış, Bizans əleyhinə mütəmadiyən genişlemiş və bu genişləmədə elxanlı nüfuzu əngəl olmamışdır. Dolayısıyla tarixçilər tərəfindən bu tarix (1299) "İstiqlal ili" olaraq qəbul edilmişdir.[27]

Sulamiş noyonun Yaqubşah ağa adlı oğlu vardı.

  1. ən-Nuveyri, XXXI; 339; İbn Xaldun, 487-488
  2. əl-Ayni, III; 405; IV; 293.
  3. əl-Məkrizi, I/3; 852.
  4. əl-Ayni, III; 400; Sulamişin künyəsi Dəvadaridə, Sulamiş ibn Bakbu bin Bacu (Baycu) olaraq keçir, bax: İbn əd-Dəvadari, IX; 8;
  5. Sümer, 1969, 67-68; Spuler, 1987, 110
  6. Rəşidəddin, 1999, 642-643; Rəşidəddin, 2000, 156; Məkrizi, I/3; 876-877; Ayni, III; 400.
  7. Ağsarayi, 194; Rəşidəddin, 1999, 643; Rəşidəddin, 2000, 156.
  8. Sümer, 1969, 67; Özgüdenli, 2009, 118-119; Grousset, 2006, 420.
  9. Howorth, 1890, 428; Togan, 1981, 243, 329; Cahen, 1979, 306.
  10. Toğan, 1981, 321.
  11. İnalcık, 2004, 446; İnalcık, 2010, 24.
  12. Məkrizi, I/3; 876; Kalkaşandi, V; 362; Howorth, 1890, 428; Toğan, 1981, 329-330;
  13. Kalkaşandi, V; 362; Uzunçarşılı, 1988, 3; Cahen, 1979, 293-294.
  14. Ağsarayi, 218.
  15. Rəşidəddin, 1999, 643; Rəşidəddin, 2000, 156.
  16. Sümer, 1996, 71.
  17. Məkrizi, I/3; 877; Howorth, 1890, 428; Turan, 1996, 624-625; Tekindağ, 1997, 320.
  18. Ağsarayi, 194.
  19. СЕБАСТАЦИ, ЛЕТОПИСЬ
  20. Fəzlullah Rəşidəddin hesab edir ki, bu hadisə 27 aprel 1299-cu ildə olub. (Рашид-ад-дин, стр. 181).
  21. Məkrizi, I/3; 877; Kalkaşandi, V; 362-363.
  22. Baybars əl-Mənsuri, 1998, 319; Yücel, 1980, 185.
  23. Ağsarayi, 198; Rəşidəddin, 1999, 643; Rəşidəddin, 2000, 156.
  24. Ağsarayi, 198; Anadolu Səlcuqluları Dövləti Tarixi III (Anonim Səlcuqnamə), 67.
  25. Nuveyrî, XXXI; 374; Məkrizi, I/3; 877; Sümer, 1969, 68-69; Qalstyan, 2005, 59-60; Ersan, 2010, 156–157.
  26. Рашид ад-Дин.|заглавие= Сборник летописей|ссылка= http://www.vostlit.info/Texts/rus16/Rasidaddin_4/frametext8.html%7Cместо= М., Л.|год = 1946|том = 3|страницы = 181—182
  27. http://www.cukurca.net/modules.php?name=Domanic&file=Kurulus Arxivləşdirilib 2012-03-18 at the Wayback Machine, Hasan Efe, Domaniç Tarihi Araştırmaları Grubu Üyesi,Kuruluşun Toprağı DOMANİÇ