Sumqayıt hadisələri (1963) — Vikipediya

Sumqayıt hadisələri

Sumqayıt hadisələri1963-cü ilin noyabrında Sumqayıt şəhərində baş vermiş hadisələr.

1963-cü il noyabrın 7-də keçirilən nümayiş zamanı bir qrup fəhlə əsas dəstədən ayrılaraq tribunaya sarı getmiş, Nikita Xruşşovun böyük portretini qopararaq ayaqlar altına atmışdılar. 600-800 nəfərə qədər adam 3 gün ərzində Sumqayıtı bir-birinə qatmışdı[1].

Tom De Vallın "Qara bağ" kitabının rus dilindəki nəşrində bu hadisəyə qismən aydınlıq gətirilib. Müəllif yazır: "1963-cü ildə-Xruşşovun hakimiyyəti illərində Sumqayıtda ciddi çaxnaşma baş verdi. 1963-ci il noyabr ayının yeddisində Oktyabr inqilabının növbəti ildönümünə həsr edilmiş nümayişdə Boru Prokat Zavodunun bir qrup fəhləsi əsas dəstələrdən ayrılaraq şəhər rəhbərliyinin dayandığı tribunaya üz tuturlar və mədəniyyət evinin fasadından Xruşşovun böyük portretini qoparıb ayaqları altına atırlar. Milislər rezin zopaları işə salsalar da, meydanda bir neçə saat sonra əmin-amanlıq yaradılır"[2].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]