Svetlana Svetliçnaya — Vikipediya

Svetlana Svetliçnaya
rus. Светлана Светличная
Tulada keçirilən yaradıcılıq gecəsində (aprel, 2012)
Tulada keçirilən yaradıcılıq gecəsində (aprel, 2012)
Doğum adı Svetlana Afanasyevna Svetliçnaya
Doğum tarixi (84 yaş)
Doğum yeri Leninakan, Ermənistan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİRusiya Rusiya
Həyat yoldaşı Vladimir İvaşov
Sergey Sokolski
Uşaqları Aleksey
Oleq
Atası Afanasi Mixayloviç Svetliçnı[1]
Anası Mariya Fyodorovna Zolotaryeva[2]
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1959-bugünədək
Təhsili
İstiqamət teatr
kino
Üzvlüyü
Mükafatları "RSFSR əməkdar artisti" fəxri adı
IMDb ID0841254
İmzanın şəkli
ssvetlichnaya.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Svetlana Afanasyevna Svetliçnaya (rus. Светлана Афанасьевна Светличная; 15 may 1940, Leninakan) — SovetRusiya teatr və kino aktrisası, RSFSR əməkdar artisti (1974).

Svetlana Afanasyevna Svetliçnaya 1940-cı ildə Leninakan (hazırda Gümrü) şəhərində rus ailəsində anadan olmuşdur. Atası hərbçi olduğuna görə, ailə tez-tez yaşayış yerini dəyişirdi. Svetlana məktəbə Sumı vilayətinin Axtırka şəhərində getsə də, oranı Kalininqrad vilayətinin Sovetsk şəhərində bitirir. 1958-ci ildə Svetlananın atası istefaya getdi və ailə Melitopolda məskunlaşdı.[3] Elə həmin ildə Svetlana anasının israrı sayəsində ÜDKİ-yə, Mixail Rommun kursuna daxil olur.

Svetlana Svetliçnaya 1963-cü ildə institutu bitirdikdən sonra Kinoaktyor Teatr-studiyasının aktrisası oldu.

Kinoda ilk işi 1960-cı ildə Mixail Kalikin "Beşik" filmində olmuşdur.

Svetlana Svetliçnayanın ən yaddaqalan obrazı isə "Brilyant əl" filmindəki cazibədar Anna Sergeyevna roludur. Bu filmdə Svetliçnaya yumor elementlərilə olsa belə, o zaman üçün tamamilə yeni qadın surəti yaratmağa nail oldu. Anna ekranda müasir, dəbli və seksual cəhətdən azad qadın kimi görünürdü. Sovet kinosunda bu cür qəhrəmanlar hələ olmamışdı. Bundan başqa, aktrisanın çəkildiyi yarıerotik məzmunlu səhnə sovet kinosunda ilk dəfə istifadə edilmişdi.

Svetlana Svetliçnaya Qriqori Aleksandrov ("Sığırçın və Lira"), Stanislav Rostoski ("Zəmanəmizin qəhrəmanı"), Marlen Xusiyev ("İliç sərhəd-keçid məntəqəsi"), Yuli Fayt ("Cəbhə hələ müdafiədədir"), Tatyana Lioznova ("Səma onlara tabe olur", "Baharın on yeddi anı"), Leonid Qayday ("Brilyant əl"), Georgi Daneliya ("Otuz üç"), Mixail Kalik ("Beşik", "Sevmək"), Stanislav Qovoruxin ("Görüş yerini dəyişmək olmaz") kimi bir çox sovet rejissorları ilə çalışmışdır. Müasir dövrdə çəkilmiş filmlər arasında Renata Litvinovanın "İlahə: mən necə aşiq oldum" və Yos Stellinqin "Qız və ölüm" filmlərində parlaq obrazlar yaratmışdır.

28 iyun 2005-ci ildə "“YUKOS”un keçmiş rəhbərlərinin məhkəmə hökmünə dəstək məktubu"nu imzalamışdır.[4] Lakin 9 fevral 2011-ci ildə aktrisa Azadlıq Radiosunun müxbirinə bildirib ki, belə bir məktub imzalamayıb və ilk dəfədir, bu barədə eşidir. Svetliçnaya eyni zamanda Mixail Xodorovski üçün təəssüf etdiyini qeyd edərək, onu "böyük hərflərlə insan" adlandırıb.[5]

Svetlana Svetliçnaya 2015-ci ilin aprelində Qatçinada keçirilən "Ədəbiyyat və kino" XXI Rusiya kinofestivalında "Kinematoqrafa sədaqətə görə" mükafatına layiq görülüb.[6]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Valideynlərinin ailəsində üç uşaq olub: böyük qardaşı Valeri, ortancıl uşaq Svetlana və bacısından 13 il sonra, lakin eyni gündə (15 may) anadan olmuş Oleq. Aktrisanın kiçik qardaşı atasının yolu ilə gedərək hərbçi olub. Hazırda Penzada yaşayır.[7]

Svetlana Svetliçnaya iki dəfə ailə qurub.

  • Birinci həyat yoldaşı — Vladimir İvaşov. Bu nikahdan onların iki oğlu olub: Aleksey (stomatoloq; ailəlidir, Maşa adlı qızı var) və Oleq (33 yaşında vəfat edib və atasının yanında dəfn olunub).
  • İkinci həyat yoldaşı — Sergey Sokolski, rəssam. Nikah qısa müddət davam edib.

Hazırda Svetlana Svetliçnaya Moskvanın cənub-qərbində yerləşən Yasenevo rayonunda yaşayır.[8]

Teatr səhnəsindəki rolları

[redaktə | mənbəni redaktə et]

Kinoaktyor teatrında Dostoyevskinin "Cinlər" romanı əsasında hazırlanmış tamaşada Mariya Timofeyevna Lebyadkina rolunu ifa edib. 2015-ci ildə Yevgeni Lavrençukun tamaşasında Mosartın arvadı rolunu məşq edib. Həmin tamaşada onun tərəf-müqabilləri Daniel Olbrıxski, Olqa Yakovleva və İqor Yasuloviç olmuşdur.

İl Azərbaycanca adı Orijinal adı Rol
1959 Beşik rus. Колыбельная Natka
1963 Səma onlara tabe olur rus. Им покоряется небо Nina Kolçina
1963 Bənövşə gətirən xala rus. Тётка с фиалками Svetlana
1964 Cəbhə hələ müdafiədədir rus. Пока фронт в обороне Katya
1964 İliç sərhəd-keçid məntəqəsi rus. Застава Ильича Svetlana
1965 Saf nohurlar rus. Чистые пруды Katya
1965 Otuz üç rus. Тридцать три Nina Svetlova
1965 Aşpaz qadın rus. Стряпуха Pavlina Xutornaya
1966 Zəmanəmizin qəhrəmanı rus. Герой нашего времени Undina
1966 O qədər də uğurlu gün deyil rus. Не самый удачный день Nadya Stepanova
1968 Brilyant əl rus. Бриллиантовая рука Anna Sergeyevna
1968 Ələkeçməzlərin yeni macəraları rus. Новые приключения неуловимых gözəlçə
1968 Sevmək rus. Любить şimallı qız
1969 Məhkəməyə aid deyil rus. Неподсуден Vika
1971 Buludlardan yapış rus. Держись за облака
mac. Kapaszkodj a fellegekbe!
sovet kəşfiyyatçısı
1973 Baharın on yeddi anı rus. Семнадцать мгновений весны Qabi Nabel
1974 Sığırçın və Lira rus. Скворец и Лира Genrietta
1974 Mövsümün bağlanışı rus. Закрытие сезона Zoya Morenko
1975 Torpaq titrəyərkən rus. Когда дрожит земля İrina
1976 Sən mənə, mən sənə rus. Ты — мне, я — тебе Valya
1977 Bu inanılmaz musiqiçilər və ya Şurikin yeni yuxusu rus. Эти невероятные музыканты, или Новые сновидения Шурика Anna Sergeyevna
1978 Həyatın mənbəyi rus. Корень жизни Səbinə
1978 Sergi Ata rus. Отец Сергий xanım
1979 Görüş yerini dəyişmək olmaz rus. Место встречи изменить нельзя Nadya
1978 III Napoleonun tülküsü rus. Недопёсок Наполеон III Vera Merinovanın anası
1981 Üçüncü ölçü rus. Третье измерение Olqa
1983-
1986
Anna Pavlova rus. Анна Павлова
ing. Anna Pavlova
Maşa
1985 Qəzəb günü rus. День гнева sərgərdan qadın
1991 Və külək qayıdır rus. И возвращается ветер kameo
1994 Daş üzərində ev rus. Дом на камне
2004 İlahə: mən necə aşiq oldum rus. Богиня: как я полюбила kabus ana
2004 Duz gölündəki ev rus. Дом у солёного озера Ziqrid
2007 İmperiya ulduzu rus. Звезда империи falçı
2007 Nəzarətçi rus. Куратор Mariya Tarasovna
2009 İlahənin qaçırılması rus. Похищение богини Afrodita Popandos
2012 Qız və ölüm rus. Девушка и смерть
ing. The Girl and Death
qoca Nina
  • 1974 — RSFSR əməkdar artisti
  • 1999 — A.S. Puşkin medalı
  • 2006 — Moskva Kinofestivalının "Festivallar festivalı"nda istedad və xalq sevgisinə görə Fəxri mükafat
  • 2006 — "Brilyant sancaq" mükafatı
  • 2008 — XI Berdyansk Beynəlxalq kinofestivalının tamaşaçı rəğbəti mükafatı
  • 2009 — "Stil ikonası" nominasiyasında "Hello" jurnalının "Rusiyanın ən stillisi" mükafatı
  • 2010 — "Amur payızı" Festivalının komediya qarşısında xidmətlərinə görə mükafatı
  • 2011 — Fashion TV telekanalının mükafatı — Fashion People Awards 2011 — "Stil ikonası" titulu
  • 2011 — Sovetskin (Kalininqrad vilayəti) Fəxri vətəndaşı
  • 2015 — Qatçinada keçirilən "Ədəbiyyat və kino" XXI Rusiya kinofestivalının "Kinematoqrafa sədaqətə görə" mükafatı
  • 2015 — Fashion People Awards mükafatı — "Stil ikonası"
  • 2016 — "Rus kinostilinin əfsanəsi" nominasiyasında Ulyanovskda keçirilən "Səmimi qəlbdən" VIII Beynəlxalq kinofestivalının qalibi
  1. Peoples.ru. "Биография Светлана Светличная" (rus). Peoples.ru. 08.12.2007. 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-13.
  2. Владимир Калинин. "Биография Светланы Афанасьевны Светличной" (rus). Кроссворд-кафе. 02.09.2006. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-13.
  3. «Светличная Светлана Афанасьевна» Arxivləşdirilib 2017-10-13 at the Wayback Machine, статья в «Мелитопольских ведомостях»
  4. "Обращение деятелей культуры, науки, представителей общественности в связи с приговором, вынесенным бывшим руководителям НК ЮКОС". 2009-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-14.
  5. «Письмо 50-ти»: Светличная не подписывала, Калягин не жалеет Arxivləşdirilib 2011-02-11 at the Wayback Machine. // Радио «Свобода», 9 февраля 2011  (Yoxlanılıb 14 iyul 2017)
  6. Татьяна Лузианская. "Сегодня юбилей у главного секс-символа Советского кинематографа – Светланы Светличной" (rus). The Jewish Times. 2015-05-15. 2015-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-14.
  7. "Светлана Светличная: «Мне приписывают романы, которых никогда не было»". 2012-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-14.
  8. "Светличная Светлана — звезда кино". 2010-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-14.
  • Ян Кушнирский. Светлана Светличная // Актёры советского кино. Вып. 9. / Ред-сост. А. М. Сандлер. М.: Искусство, 1973. С. 240—251.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]