Afelandra — Vikipediya

Afelandra
Elmi təsnifat
Beynəlxalq elmi adı

Afelandra (lat. Aphelandra) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinə aid bitki cinsi.

Otaq bitkisi kimi yetişdirilir. Bitkinin ana vətəni Orta və Cənubi Amerikadır. Qırmızı və sarı rənglərdə çiçək açırlar. Çiçəklənmə dövrü iyun və oktyabr ayları arasındadır.

Afelandra çıçəyinin üstünə günəş şuaları düşməmək şərtilə isti və aydınlıq yerdə saxlanmalıdır. Afelandra yaz və yay aylarında daha çox sulanmalıdır. Soyuğa davamsızdır, isti sevəndir. Bitkinin çoxaldılması kökləri vasitəsi ilə həyata keçirilir.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Amathea Raf.
  • Aphelandrella Mildbr.
  • Aphelandros St.-Lag.
  • Encephalosphaera Lindau
  • Geissomeria Lindl.
  • Hemisandra Scheidw.
  • Hemitome Nees
  • Hydromestus Scheidw.
  • Lagochilium Nees
  • Odontophyllum Sreem.
  • Orophochilus Lindau
  • Poecilocnemis Mart. ex Nees
  • Rhombochlamys Lindau
  • Sreemadhavana Rauschert
  • Strobilorhachis Klotzsch
  • Synandra Schrad.