Syu Taunsend — Vikipediya
Syu Taunsend | |
---|---|
ing. Susan Lillian "Sue" Townsend | |
Doğum tarixi | |
Doğum yeri | Lester, İngiltərə |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Lester, İngiltərə |
Vəfat səbəbi | insult |
Fəaliyyəti | yazıçı, publisist |
Fəaliyyət illəri | 1978–2014 |
Əsərlərinin dili | İngiliscə |
Üzvlüyü |
|
adrianmole.com/Sue/biogr… |
Syu Taunsend (ing. Sue Townsend; d. 2 aprel 1946, Lester, İngiltərə – ö. 10 aprel 2014, Lester, İngiltərə) — Böyük Britaniya yazıçısı
Həyatı
[redaktə | mənbəni redaktə et]Syu Taunsend 1946-cı ildə Lesterdə doğulmuş, 15 yaşında orta məktəbdə təhsilini yarımçıq qoymuşdur[1].
Syu Taunsend Şəkərli diabetə tutulmuş, görmə qabiliyyətini itirmişdir. Sonradan onun böyrəklərindən biri sıradan çıxmış və oğlunun böyrəyi S.Taunsendə transplantasiya olunmuşdur. 2012-ci ilin sonlarında isə S.Taunsend insult keçirmişdir[1].
Syu Taunsend 10 aprel 2014-cü ildə 68 yaşında Lesterdəki evində vəfat etmişdir[1].
Ailəsi
[redaktə | mənbəni redaktə et]18 yaşında ailə quran Syu Taunsend 23 yaşında 3 övladı ilə dul qalmışdır[1].
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Yazıçını dünyaca məşhurlaşdıran "The Secret Diary of Adrian Mole aged 13 ¾" romanı 1982-ci ildə çap olunmuşdur[1]. İngiliscə yazdığı bu kitabı 20 milyon tirajla satılmışdır[2].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 "Məşhur qadın yazıçı vəfat etdi" (az.). news.milli.az. 11:35, 11 aprel 2014. İstifadə tarixi: 2014-11-20.
- ↑ Eureka!: Inventors describe the moment they realised they’d created a hit Arxivləşdirilib 2013-12-17 at the Wayback Machine on The Secret Diary of Adrian Mole, Aged 13¾: " 'The Secret Diary of Adrian Mole Aged 13¾' has sold more than 20 million copies." (29 October 2011)