Türkiyə Prezident Forsu — Vikipediya
Türkiyə Prezident Forsu, Türkiyəni və Türkiyə Respublikası prezidentini təmsil edən, Türkiyə dövlətinin rəsmi rəmzlərindən biri. Forsun sol üst küncündə olan günəş və ulduzlar sarı rəngdədir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Hazırda istifadə olunan bu forsun və gerbin ilk dəfə nə vaxt istifadə olunmağa başladığı barədə rəsmi məlumat yoxdur. İstifadəsinə dair var olan ən köhnə sübut Atatürkün Milli Qurtuluş müharibəsinin sonlarına doğru, 1922-ci ilin sentyabrında İzmir şəhərində çəkilən şəkilidir. Həmin şəkildə Atatürkün avtomobilində görünən bayraq hazırda istifadə olunan forsun bənzəridir. Həmin şəkildə olan bayraq günümüzdə Atatürk və Milli Qurtuluş Müharibəsi Muzeyində saxlanılır.[2]
1923-cü ildə Türkiyənin müstəqilliyini elan etməsinin ardınca dövlət rəmzləri yenidən hazırlanmışdır. İlk olaraq, 3 mart 1923-cü ildə Sultan II Əbdülməcidin forsu ləğv olunmuş, 22 oktyabr 1925-ci ildə isə prezident forsu rəsmi şəkildə qəbul edilmişdir.[3] Təlimatnaməyə görə, ay və ulduz bayraqda olduğu kimi istifadə olunur, günəşdən çıxan işıqlar isə 20 ədəd olmaqla forsun üzərində öz əksini tapmışdır. 18 fevral 1978-ci ildə qəbul edilən qərarla gerbdə olan günəş şüalarının sayı 16-ya endirilmişdir.
Mənası
[redaktə | mənbəni redaktə et]Ətrafındakı 16 ulduz, tarixdəki 16 böyük Türk dövlətini təmsil edir.[4] Ortadakı günəş Türkiyə Respublikasını təmsil edir.
16 ulduzun işarələdiyi 16 Türk dövləti bunlardır;
- Böyük Hun İmperiyası
- Qərbi Hun İmperiyası
- Avropa Hun İmperiyası
- Ağ Hun İmperiyası
- Göytürk İmperiyası
- Avar xaqanlığı
- Xəzər xaqanlığı
- Uyğur xaqanlığı
- Böyük Səlcuq İmperiyası
- Qaraxanlılar dövləti
- Qəznəvilər dövləti
- Xarəzmşahlar dövləti
- Qızıl Orda
- Osmanlı İmperiyası
- Teymurilər dövləti
- Böyük Moğol imperiyası
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Türkiyə Respublikası Prezident rəsmi saytı". 2011-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-27.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2015-02-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-09-03.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2015-02-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-09-03.
- ↑ "Official website of the Presidency of the Republic of Turkey: Detailed description of the Presidential Seal". 2011-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-27.