Tərkibbənd — Vikipediya
Tərkibbənd (ərəbcə: tərkib və farsca: bənd) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması.
Şəkil baxımından dəyişən lirik şeir janrlarındandır. Məhəbbət, gözəllik, ictimai siyasi mövzularda yaradılan tərkibənd qafiyə sisteminə görə müxtəlif bəndlərdən ibarət olub hər bəndində 6-12-14-dək, bəzən də daha çox misra olur.
Tərkibbənd mövzu və vəzn etibarilə bir olub, müxtəlif qafiyə sisteminə malik klassik şeir formalarından biridir. Füzulinin "Mənəm ki qafiləsalarikarivani - qəməm" tərkibbəndi məşhurdur[1].
Ruhi Bağdadinin 17 bəndlik tərkibbəndi ona şöhrət qazandırıb. Bu tərkibbənd həcv olub, sosial məzmundadır[2].
Azər Bəydili də bu üslubdan istifadə etmişdir.[3]
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Şəmistan Mikayılov, Ədəbiyyat nəzəriyyəsi. IX-XI siniflər üçün dərs vəsaiti. III nəşr. Bakı, "Maarif", 2002.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "TƏRKİBBƏND" (az.). obastan.com. 2012–2014. İstifadə tarixi: 2014-11-15.
- ↑ Ramil Əliyev. "Türkiyə ədəbiyyatı". Azərbaycan Milli Kitabxanası (az.). anl.az. 23 noyabr 2013. 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-15.
- ↑ Smith, Matthew C. "Betrayed by Earth and Sky: Poetry of Disaster and Restoration in Eighteenth-Century Iran". Journal of Persianate Studies (ingilis). 11 (2). 2019: 175–202. doi:10.1163/18747167-12341326.