Taksim Gəzi Parkı — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Taksim Gəzi parkı — İstanbulun Bəyoğlu rayonunda, Taksim meydanı ilə Elmadağ rayonu arasında yerləşən şəhər parkıdır.
Tarix
[redaktə | mənbəni redaktə et]Gəzi Parkının yerləşdiyi yerdə 1806-cı ildə Halil Paşa Topçu Kışlası adında özündə osmanlı, rus ve hind memarilərinin elementlərini ehtiva edən böyük və dəbdəbəli bir topçu kazarması tikilmişi. Kazarma binasına müharibələrdə xeyli zərər dəymişdi. Xüsusilə, 31 mart hadisələrindən (13 aprel 1909) sonra ətrafı hasarlandı və təmir olundu. Amma memari ve tarixi baxımdan əhəmiyyətinə baxmayaraq kazarma, 1940-cı ildə ö dövrün İstanbul valisi Lütfi Kırdarın qərarı ilə , Henri Prostun hazırladığı abadlıq işləri planı çərçivəsində söküldü.
Kazarma sökülməsindən əvvəlki illərdə yenidən quruluraq idman zalı kimi istifadə olunurdu. Türkiyə milli futbol komandası ilk rəsmi futbol matçını Rumıniya millisinə qarşı, Gəzi parkının bu gün yerləşdiyi stadionda, 26 oktyabr 1923-cü ildə oynamişdır ve matç 2:2 hesabla nəticələnmişdir.
Kazarmanın sökülməsindən sonra ətrafda ucaldılan otellər üçün ərazilərin ayrılması və yenidənqurma işləri nəticəsində parkın ərazisi zamanla daha da kiçildi. Buna baxmayaraq İstanbulun mərkəzində mühüm bir istirahət ərazisinə çevrildi və tez-tez aparılan yenidənqurulma işləri nəticəsində görünüşü dəyişdi.
2013-cü ildə Taksim Gəzi parkı etirazları
[redaktə | mənbəni redaktə et]28 may 2013-cü ilin ilk saatlarında, Taksim ərazisinin piyada zonasına çevrilməsi layihəsi çərçivəsində Taksim Gəzi parkının dağıdılmasının başlanması səbəbindən başlayan ve polis tərəfindən müdaxiləyə məruz qalan etiraz hərəkətləri.