Talışnuru — Vikipediya

Talışnuru
40°46′ şm. e. 48°40′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.107 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Talışnuru xəritədə
Talışnuru
Talışnuru

Talışnuru (digər tarixi adı Kiçik Avaxıl)Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.

Şamaxı rayonu Talışnuru kənd inzibati ərazi dairəsinin mərkəzi. Pirsaat çayının sol sahilində, Qızmeydanı platosundadır.

1886-cı il əhalinin siyahıyaalma sanədlərində Şamaxı qəzasının Qoşun sahəsində Talışnuru kəndi (27 ailə, 309 nəfər əhali) və Talış Məlik Ümud kəndi (74 ailə, 333 nəfər əhali) qeydə alınmışdır.

Keçmiş adı Kiçik Avaxıl olmuşdur. Kəndin adı "Talış" və "Nuru" sözlərindən ibarətdir. Yaşayış məntəqəsi 19-cu əsrdə Cavad qəzasında yaşamış 63 tüstüdən ibarət talış tayfasına mənsub bir qrup ailənin yaylaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Nuru tayfa başçısının adı idi.[1][2]

2009-cu ilin siyahıyaalmasına əsasən, kəndin əhalisi 317 nəfərdən ibarət idi. Kəndin 77 təsərrüfatı var.

  1. “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 231
  2. N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.111