Talassa — Vikipediya
Talassa | |
---|---|
Mifologiya | qədim yunan mifologiyası |
Cinsi | qadın |
Atası | Efir |
Anası | Hemera |
Əri | Pont |
Uşaqları | Qaliya, Kefiss, Egeon və Telxinlər. |
Vikianbarda əlaqəli mediafayllar |
Talassa, Falassa, Talatta (q.yun. Θάλασσα q.yun. Θάλασσα Θάλασσα, "dəniz") — qədim yunan mifologiyasınıda personaj, dəniz ilahəsi. Efir və Hemeranın qızı, Pontun həyat yoldaşı[1]. Telxinlərin və Qaliyanın anası .
Heykəli Korinfdə yerləşir, gənc Afroditanı əlində saxlamış vəziyyətdədir.[2] .
Talassa eyni zamanda Tefiinin epitetidir ; XXII Orfik himni ona həsr edilmişdir.
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]- A. Klarkın "Uzaq diyarın nəğmələri" povesti (1956) və romanı (1986)ndakı hadisələrin baş verdiyi okean-planet Talassa adlanır.
- Fransada Talassa adında (1975 — bu günə qədər) ətraf mühit, idman, insan və tarixi baxımdan dəniz və əlaqəli süjetlər mövzusundakı populyar həftəlik televeriliş yayımlanır. .
- Neptunun peyki Talassanın şərəfinə(1991) adlandırılmışdır.
- Springer tərəfindən nəşr olunan beynəlxalq elmi Thalassas jurnalı Talassaya həsr edilmişdir.