Taras Şevçenko — Vikipediya
Taras Şevçenko | |
---|---|
ukr. Тарас Григорович Шевченко | |
Doğum adı | Тарас Григорьев сын Шевченко[4] |
Təxəllüsü | Т. Ш.[5], К. Дармограй[5], Кобзарь Дармограй[5] |
Doğum tarixi | 9 mart 1814[1][2][…] |
Vəfat tarixi | 10 mart 1861[1][3][…] (47 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Assitin[8] |
Təhsili |
|
Fəaliyyəti | rəssam, şair, antropoloq, incəsənət xadimi, yazıçı, dramaturq, etnoqraf, nasir, filosof |
Fəaliyyət illəri | 1832-ci ildən |
Əsərlərinin dili | ukrayn dili, rus dili |
İstiqamət | romantizm |
Taras Şevçenko Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Taras Qriqoryeviç Şevçenko (ukr. Тара́с Григо́рович Шевче́нко; 9 mart 1814[1][2][…] – 10 mart 1861[1][3][…], Sankt-Peterburq[6][7]) —Ukrayna şairi, yazıçısı, rəssamı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ukrayna şairi, rəssam, mütəfəkkir, inqilabçı-demokrat, Ukrayna ədəbiyyatı və təsviri sənətində tənqidi realizmin və inqilabi-demokratik cərəyanın banisi, T. Şevçenko 9 mart 1814-cü ildə təhkimli kəndli ailəsində doğulmuşdur. İlk təhsilini kənd keşişindən almış, 1831-ci ildə sahibi ilə Peterburq şəhərinə gəlmişdir.
İlk kitabı "Kovzar" 1840-cı ildə nəşr olunmuşdur. "Kor qadın", (1842), "Muzdur qadın", (1845), "Marina" (1848) və s. romanlarında, "Taras gecəsi" (1838) tarixi poemasında Şevçenko milli azadlıq mübarizəsinə toxunmuşdur.
Əsərləri Ukrayna ədəbiyyatında siyasi lirika və satira janrlarının inkişafında mühüm rol oynamışdır. 1847-ci ildə xəyanət nəticəsində həbs edilmiş, Orsk qalasına sürgün edilmişdir. 10 il (1847–1857) sürgündə qalan Şevçenko yalnız I Nikolayın ölümündən sonra azad edilmişdir. Sürgün illərində rus dilində avtobioqrafik səciyyəli "Çalğıçı" (1854–1855), "Bədbəxt", "Kapitan arvadı", "Əkizlər", "Rəssam" (1856) və s. realist povestlərini yazmışdır.
Ukrayna ədəbiyyatının inkişafında Şevçenkonun müstəsna xidmətləri olmuşdur. Əsərləri dünya xalqları dillərinə tərcümə edilmişdir.
Taras Şevçenko rəssam kimi də məşhurdur. O, 1838–1845-ci illərdə Peterburq Rəssamlıq Akademiyasında oxumuş, K. P. Brullovdan dərs almışdır.
Realist meyillər Şevçenkonun erkən yaradıcılığında meydana gəlmiş, sürgündə yaratdığı rəsmlərində kəskin ifşaedici qüvvə kəsb etmişdir.
Sürgündən qayıtdıqdan sonra Şevçenko çoxlu qravyüralar yaratmış, 1860-cı ildə mis üzərində qravürlərinə görə akademik adı almışdır. Şevçenkonun "Çimən Virsaviya" (1860) əsəri R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.
1861-ci ilin mayında Şevçenkonun vəsiyyətinə görə Kaver yaxınlığında, Dnepr sahilindəki Çerneçyada dəfn edilmişdir.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]SSRİ-də Şevçenko adına Respublika Mükafatı təsis edilmişdir.
Bakıda adına küçə və məktəb vardır.
Azərbaycanda səfərdə olan Ukrayna prezidenti Viktor Yuşşenko iyunun 30-da həmkarı İlham Əliyevlə birgə Bakının Azadlıq prospektində görkəmli həmvətəni, şair Taras Şevçenkonun abidəsinin açılışında iştirak edib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Taras Hryhorovych Shevchenko // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Onlayn ensiklopediyalar.
- ↑ http://izbornyk.org.ua/shevchenko/docum02.htm.
- ↑ 1 2 3 http://litopys.org.ua/shevchenko/shev113.htm.
- ↑ 1 2 Шевченко Тарас Григорьевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Encyclopedia.com (ing.). HighBeam Research.
- ↑ http://litopys.org.ua/shevchenko/docum08.htm.