Telman Aslanov — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Telman Ağakərim oğlu Aslanov | |
---|---|
Doğum tarixi | 1947 |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə elmlər doktoru |
İş yeri | AMEA-nın Polimer Materialları İnstitutu |
Telman Ağakərim oğlu Aslanov — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]Aslanov Telman Agakərim oglu 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1965–1971-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda kimya-texnologiya fakültəsində mühəndis-texnoloq ixtisası üzrə təhsil aldıqdan sonra 1971-ci ildə Neft Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında baş laborant vəzifəsində işə başlamışdır. 1973–1987-ci ilə kimi həmin laboratoriyada k.e.i. vəzifəsində çalışmış T. A. Aslanov 1984-cü ildə Neft-Kimya Prosesləri İnstitutunda elmlər namizədi dissertasiya işini müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 1987-ci ildə isə o, baş elmi işçi vəzifəsinə keçirilmişdir. Aslanov T. A. 1997–2014-cü illərdə AMEA PMİ-nin 13 saylı "Polikondensləşmə" laboratoriyasının müdiri vəzifəsində çalışmışdir. 2007-ci ildə kimya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşdur. Yüksəkmolekullu Birləşmələr Kimyası sahəsində bir mütəxəssis kimi o, 2010-cu ildə Amerika Bioqrafiya İnstitutunda keçirilən sorğuya görə "İlin adamı" (tibb və sağlamlıq sahəsində) adına layiq görülmüşdür. Onun rəhbərliyi altında 2014-cü ildə bir doktorant əsas müdafiə şurasında kimya üzrə fəlsəfə doktoru adı almaq ücün dissertasiya işini müdafiə etmişdir. 2014-cü ildən "Yüksək şaxələnmiş polimerlər" laboratoriyasinda aparıcı elmı işçi vəzifəsini icra etmişdir.2018-ci il mart ayının 28-də ömrünün 72-ci baharında vəfat etmişdir.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Aslanov Telman Agakərim oglu elmi fəaliyyəti dövründə laboratoriyada epoksid qatranları üçün amintərkibli bərkidicilərin sintezi sahəsində elmi-tədqiqat işləri aparmış, dien- və olefin karbohidrogenləri əsasında amin tərkibli alifatik bərkidicilər almışdır. Sintez edilmiş aminlərin korroziya inhibitorları və antimikrob maddələr kimi yararlı olmaları müəyyən edilmişdir. Həmçinin о, yüksək epoksid ədədinə malik azottərkibli epoksid qatranı və doymamış epoksid oliqomerləri almışdır. Amin tərkibli birləşmələr Donetsk və Dnepropetrovsk şəhərlərində ilkin sınaqdan keçirilmiş və onların sənaye miqyaslı daha effektli bərkidici və korroziyaya qarşı maddələr kimi yararlı olmaları göstərilmişdir.
Saxarin tərkibli monomerlərin, oliqomerlərin, polimerlərin sintezi və onlar əsasında yüksək termiki, fiziki-mexaniki xassələrə malik həll olunan müxtəlif epoksid və polimer kompozisiyaların alınması mövzusuna uyğun olaraq sulfoimid tərkibli yeni aromatik və alifatik polimerlərin alınması, onlar əsasında yüksək temperatura və fiziki-mexaniki xassələrə malik kompozisiya materiallarının yaradılması sahəsində sistematik tədqiqatlara rəhbərlik etmişdir. Onun rəhbərliyi altında alınmış polimerlər 300–400 °C temperatura və yüksək radiasiyaya davamlı, eyni zamanda antipiren xassəsinə malikdirlər. Sintez edilmiş sulfoimidtərkibli monomerlərdən bioloji akriv maddələr, epoksid qatranı, bərkidici və antikorrozion maddələr kimi istifadə edilir.
Hal-hazırda o, yüksək termiki davamlı xassələrə malik poliimidlərin sintezi üçün, eləcə də daha asan emal və yaxşı həll olunan — tərkibində SO2, OH, efir və amid qrupları saxlayan müxtəlif monomerlərin, həmçinin sulfoimid tərkibli monomerlərin, əsasında yüksəkşaxələnmiş poliimidlərin sintezi sahələrındə tədqiqatlar aparır. Bu polimerlərin örtük, bioloji aktiv maddə, elektroizolyasiya materialları və s. kimi istifadəsi istiqamətində tədqiqatlar davam etdirilir.
Aslanov T. A. 133 çap olunmuş elmi əsərin həmmüəllifidir. Onlardan 62-si tezis, 66-sı məqalədir, 4-ü müəlliflik şəhadətnaməsi və 1-i patentdir. Alınan elmi nəticələr Respublika və keçmiş ittifaqın elmi jurnallarında, beynalxalq konfrans və simpozium materiallarında çap olunmuşdur.
Aslanov T. A. işlədiyi müddətdə özünü təşəbbüskar və yüksəkixtisaslı mütəxəssis kimi göstərmişdir. O, öz vəzifə borcunu layiqincə yerinə yetirir. Elmi tədqiqat işləri üzrə illik tematik planların hazırlanmasında bilavasitə iştirak edir. Aslanov T. A. kollektivin içtimai həyatında fəal iştirak edir. O, İnstitut Həmkarlar Təşkilatı komitəsinin sədr müavini, İnstitutun Dissertasiya Şurasının üzvüdür.