Terek şirbiti — Vikipediya
Terek şirbiti | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Dəstəüstü: Ranqsız: Ranqsız: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Terek şirbiti | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
|
Terek şirbiti (lat. Barbus ciscaucasicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. Orta saylıdır.
Xarakterik morfoloji əlamətləri
[redaktə | mənbəni redaktə et]Xarici görünüşcə Kür şirbitinə oxşayır, lakin ondan gözlərinin kiçik və pulcuqlarının xırda olması ilə fərqlənir. Alnının eni azdır, bədəninin quyruq hissəsi nisbətən uzundur. Bədənin uzunluğu 26.0 sm-ə, kütləsi 270 q-a qədər olur.[2]
Yaşayış yeri və həyat tərzi
[redaktə | mənbəni redaktə et]Suyu sürətlə axan və dibi daşlı olan çaylarda yaşayır. Ömrün uzunluğu orta hesabla 4-5 il olub, cinsi yetkinliyə 1-2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.
Yayılması
[redaktə | mənbəni redaktə et]Azərbaycanda 5 növünün nümayəndələri yayılmışdır. Azərbaycanda yarımnövləri yoxdur. Azərbaycanın şimal-şərq hissəsindən axan çaylarda və Samur-Abşeron kanalında yayılmışdır.
Cinsi statusu və çoxalma xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Çoxalma kürüləmə yolu ilə olur. Kürüsünü hissə-hissə çayların daşlı sahələrində tökür. Çoxalması aprel-iyul aylarında baş verir. Reproduktivliyin forması kürü şəklində olur. Məhsuldarlığı 2.2 minlə 16.2 min kürü arasında dəyişir. Reproduktivliyin periodu cinsi yetkinliyə çatdıqdan sonra ildə bir dəfə, hər il. Generasiyaların sayı, ömrün uzunluğundan asılı olaraq 3-4 dəfə olur.[3]
Limit faktorları
[redaktə | mənbəni redaktə et]Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen amillər.
Rasionu
[redaktə | mənbəni redaktə et]Əsasən su cücüləri və onların sürfələri ilə qidalanır, özləri isə digər yırtıcıların qidasını təşkil edir. Qidasını kürəkayaqlı xərçənglər, yosunlar, müxtəlif su cücüləri və onların sürfələri təşkil edir.
Düşmənləri
[redaktə | mənbəni redaktə et]Yırtıcı balıqlar, ilanlar, balıqyeyən quşlar və balıq parazitləri.
İnsan həyatına təsiri
[redaktə | mənbəni redaktə et]Əmtəə keyfiyyətlidir. Az miqdarda həvəskar balıqçılar tərəfindən ovlanır. Ziyanvericilik xüsusiyyətləri yoxdur.[3]
Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri
[redaktə | mənbəni redaktə et]Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin, çay yataqlarının qazılmasının, dəyişdirilməsinin qarşısı alınmalıdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
- ↑ Mustafayev N.C. Azərbaycanın daxili su hövzələrində yaşayan balıqların bioekoloji xüsusiyyətləri və vətəgə balıqlarının ehtiyatlarının müasir vəziyyəti // Zoologiya İnstitutunun əsərləri, 33-cü cild, № 1. Bakı, 2015, s. 103-124. 4. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.
- ↑ 1 2 Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.