Toğrul Nağıyev — Vikipediya
Toğrul Nağıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Ağdərə, Azərbaycan |
Dəfn yeri | Şəki, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Toğrul Həsənbala oğlu Nağıyev (8 iyun 2000; Şəki, Azərbaycan — 13 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Toğrul Nağıyev 2000-ci il iyunun 8-də Şəki şəhərində anadan olub.2005-ci ildə 2 nömrəli tam orta məktəbə gedib,2009-cu ildə 2 nömrəli Uşaq Musiqi məktəbinə daxil olub.2014-cü ildə Şəki regional Musiqi Kollecinə daxil olmuşdur.2018-ci ildə Musiqi Kollecini bitirmişdir[1] Subay idi.
Hərbi xidməti
[redaktə | mənbəni redaktə et]2018-ci ildə iyunun 11-i Hərbi xidmətə yollanib.O,2020-ci il yanvarin 10-u hərbi xidməti bitirib qayitmişdir.Azərbaycan Ordusunun əsgəri olan Toğrul Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Toğrul Nağıyev oktyabrın 13-da Ağdərə istiqamətində şəhid olub. Şəki şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Təltifləri
[redaktə | mənbəni redaktə et]- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[3]
Xatirəsi
[redaktə | mənbəni redaktə et]2023-cü ildə Şəkidə 8 nömrəli orta məktəbdə şəhid Toğrul Nağıyevin adına rəqs dərnəyi açılıb[4].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Kanal S. "Şəhid Toğrul Nağıyevin xatirəsi əbədiləşdirilib" (az.). Youtube.com. 22.02.2023. 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-23.