To Hell with It — Vikipediya

To Hell with It
PinkPantheress tərəfindən ifa olunmuş miksteyp
Növü miksteyp
Yayımlanma tarixi 15 oktyabr 2021
Müddət 18:36
PinkPantheress albomlarının xronologiyası
"To Hell with It"
(2021)
"To Hell with It (Remixes)"
(2022)

To Hell with It — İngiltərə musiqiçisi PinkPantheress-in debüt miksteypi. 15 oktyabr 2021-ci ildə ParlophoneElektra Records tərəfindən buraxılıb. PinkPantheress 2021-ci ilin əvvəllərində TikTok-da mahnılarının qısa snippetlərini paylaşmağa başlamışdır. Onun iki mahnısı "Pain" və "Break It Off" sözügedən tətbiqdə olduqca populyarlaşıb. O, bundan sonra Parlophone və Elektra-dan müqavilə təklifi alıb. Miksetypdən üç sinql təqdim etmişdir: "Passion", "Just for Me" və "I Must Apologise".

"To Hell with It" 2000-ci illərdən ilham alınaraq hazırlanmış və uğursuz münasibətlər, o cümlədən yeniyetməlik, tərk edilmə və həsrətlə bağlı sözləri ehtiva edən mahnılardan ibarət musiqi albomudur. Əksər mahnılar sempllar vasitəsilə yaradılıb. Musiqi üslubu dans-pop, liquid funk və Böyük Britaniya qarajının qarışığıdır.

Miksteyp buraxıldıqdan sonra tənqidçilər tərəfindən müsbət qarşılanıb. Sempl istifadəsi, nostalji hissi və PinkPantheress-in vokalları bəyənilib. Miksteyp Billboard, TimeRolling Stone-un tərtib etdiyi ilin ən yaxşı albomları siyahılarında yer almışdır. İlk buraxıldığı zaman UK Albums Chart-da 20-ci, İrlandiya Albomları Qrafikinə isə 36-cı sıraya yüksəlib. Miksteypdən olan hər bir sinql UK Singles Chart-a daxil olmuşdur. Onlardan ikisi ("Pain" və "Just for Me") çartın ilk 40-ında qərarlaşmışdır. "To Hell with It"-in remiks mahnılarından təşkil edilmiş versiyası da var və bu, 28 yanvar 2022-ci ildə təqdim edilib.

Trek siyahısı

[redaktə | mənbəni redaktə et]
Başlıq Müddət
1. Pain 1:38
2. I Must Apologise 1:48
3. Last Valentines 1:13
4. Passion 2:18
5. Just for Me 1:56
6. Noticed I Cried 1:22
7. Reason 2:11
8. All My Friends Know 1:58
9. Nineteen 2:33
10. Break It Off (Bonus) 1:36
Ümumi: 18:36