Tofiq İsmayılov (rejissor) — Vikipediya
Tofiq İsmayılov | |
---|---|
Tofiq Hüseyn oğlu İsmayılov | |
| |
Doğum adı | Tofiq Hüseyn oğlu İsmayılov |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | SSRİ (1939-1991) Azərbaycan (1991-2016) |
Həyat yoldaşı | Səidə İsmayılova |
Uşaqları | qızları: Sevinc İsmayılova, Vəfa İsmayılova, Aygül İsmayılova |
Atası | Hüseyn İsmayılov |
Fəaliyyəti | Kinorejissor Kinodramaturq Nasir |
Təhsili | M. A. Əliyev adına Teatr İnstitutunun Aktyorluq fakültəsi (1958-1962) M. A. Əliyev adına Teatr İnstitutunun Rejissorluq fakültəsi (1962-1968) |
Mükafatları | |
IMDb | ID1435868 |
Tofiq Hüseyn oğlu İsmayılov (6 aprel 1939, Bakı şəhəri, Azərbaycan SSR — 25 mart 2016, Bakı şəhəri, Azərbaycan Respublikası) — Azərbaycan kinorejissoru, kinodramaturq, nasir, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi (1987), professor (1992), Azərbaycanın Respublikasının Xalq Artisti (2008), elmlər doktoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]Tofiq İsmayılov 6 aprel 1939-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 190 saylı Bakı şəhər orta məktəbini bitirmişdir (1958). M. A. Əliyev adına Teatr İnstitutunun Aktyorluq fakültəsində (1958–1962), sonra rejissorluq fakültəsində (1962–1968) təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlamışdır (1954). Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi (1960–1961), rejissor (1962–1967), "Azərbaycanfilm" studiyasında rejıssor köməkçisi, orada bədii təlimlər rejissoru (1967–1968) vəzifələrində çalışmışdır. Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil almışdır (1968–1970). Sonra "Azərbaycanfllm" studiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləmişdir (1969–1988).[1] Tofiq İsmayılov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.[2] 1971-ci ildən M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim kimi çalışmışdır, kafedranın müdiri olmuşdur (1988–1994). 1994–2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləmişdir. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olmuşdur. 2007-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.
"Müasir Azərbaycan kinosunda tipik xarakter" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Son illər "Sənətkarlığımızın portreti" silsilə bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında çəkilmişdir (1992–2011). Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirmişdir. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunmuşdur. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi – "Ağ dəsmal" 1962-ci ildə "Göyərçin" jurnalında çap edilmişdir.
Tofiq İsmayılov uzun sürən xəstəlikdən sonra 25 mart 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir.[3] Məzarı Yasamal qəbiristanlığındadır.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Qonşular. Bakı: Gənclik, 1978,
- Sevinc yuxusu. Bakı: Gənclik, 1979, 38 səh.
- Şəkil teatrı. Bakı: Gənclik, 1978, 16 səh.
- Şəkil kino. Bakı: Gənclik, 1983, 16 səh.
- Diş ağrısı. Bakı: Gənclik, 1986, 92 səh.
- Türk Cumhuriyyetleri sinema tarihi (3 ciltte).
- Türk dünyası kino sənəti. 2009
- Kinoya gedən pişik (hekayə və pyeslər), 2011
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Filmin adı | İl | Rejissor | Ssenari müəllifi | Aktyor |
---|---|---|---|---|
Şəhərimizin daşları | 1968 | |||
İntizar | 1970 | |||
Oxuyur Müslüm Maqomayev | 1971 | |||
Yoxlanılmış, inanılmış… | 1971 | |||
Gilas ağacı | 1972 | |||
Yaşıl işıq | 1972 | |||
Yollar | 1972 | |||
Bizim küçənin oğlanları | 1973 | |||
Çarvadarların izi ilə | 1974 | |||
Hədiyyə | 1974 | |||
Yeni üsul | 1974 | |||
Vulkana doğru | 1977 | |||
Azərbaycanın palçıq vulkanları | 1979 | |||
Çovqan oyunu | 1979 | |||
Lahıc | 1979 | |||
Mən mahnı qoşuram | 1979 | |||
Əzablı yollar | 1982 | |||
Musiqi müəllimi | 1983 | |||
Yaxşı qurtardıq | 1985 | |||
Xüsusi vəziyyət | 1986 | |||
Yay gününün xəzan yarpaqları | 1986 | |||
Sürəyya | 1987 | |||
Ölsəm… bağışla | 1989 | |||
Son tamaşa | 1989 | |||
Özüm və zaman haqqında | 1991 | |||
Prima | 1994 | |||
Otel otağı | 1998 | |||
İstanbul reysi | 2010 | |||
Maestro | 2011 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276–277.
- ↑ "Azərbaycanın xalq artisti vəfat etdi". 2016-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-25.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
- "Rejissor taleyinin zirvələri" //"Pəncərə" jurnalı.- 2009, № 21. — səh. 72–79.