Tomas Uillis — Vikipediya

Tomas Uillis
Doğum tarixi 27 yanvar 1621(1621-01-27)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 11 noyabr 1675(1675-11-11)[1][2][…] (54 yaşında)
Vəfat yeri
Vəfat səbəbi plevrit
Dəfn yeri
Elmi dərəcəsi
  • tibb doktoru[d]
İş yeri
Elmi rəhbəri Uilyam Harvey[3]
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tomas Uillis (ing. Thomas Willis; 27 yanvar 1621[1][2][…], Qreyt-Bedvin[d], Uiltşir[d][4][5]11 noyabr 1675[1][2][…], London[4]) — İngiltərə həkimi. O, anatomiya, nevrologiyapsixiatriya tarixində əhəmiyyətli rol oynamış, London Kral Cəmiyyətinin qurucu üzvlərindən olmuşdur.

Tomas Uillis bədənin işini kimyəvi reaksiyalar biliklərinin köməyi ilə izah etməyə çalışan İngiltərə yatro kimyaçıların liderlərindən biri idi. İnsan sinir sistemi və müxtəlif xəstəlikləri hərtərəfli araşdırması ilə tanınır/ Onun fikirləri anatomiya, nevrologiyapsixiatriyanın inkişafında mühüm rol oynamışdır. O, 1660–1675-ci illərdə Oksford Universitetində təbiət fəlsəfəsi professoru olmuş, 1666-cı ildə Londonda tibb praktikası üçün məkan açmış və dövrün ən məşhur, ən nüfuzlu həkimlərindən biri olmuşdur. Uillis London Kral Cəmiyyətinin qurucularından biridir.[6] Tomas Uillisin diabetin adlandırılmasında iştirak etmişdir. Hətta, İngiltərədə əvvəllər bu xəstəlik "Uillis xəstəliyi" adlandırılırdı.[7] Uillis öz tiryək tinkturasını icad etmişdir. O, bundan zehni pozuntular, qıcolmalar, gut, böyrək daşları, nizamsız bağırsaq hərəkətləri, qusma, kolik, plevrit və tənəffüs xəstəliklərini müalicə etmək üçün istifadə etmişdir. Uillis tiryəkin heyvanın beyin gücünün bir hissəsini yatızdırdığına və ən yaxşı əlac hesab etdiyi sağlam yuxuya səbəb olduğuna inanırdı. Onun fikrincə, tiryək qızdırmanı yüngülləşdirir və bir çox insanda mövcud olan xəstəliklərin öhdəsindən gəlirdi. Uillis yazırdı ki, vəhşi atlar normalda irəli-geri qaçır və ya çəpərlərin üzərindən atlayırdısa, onlar tiryək qəbul etdikdən sonra rahatlaşırdılar. Tiryəkin istifadəsində modulyasiya daha əvvəl Tomas Sidenhem tərəfindən tövsiyə olunsa da, ilk dəfə bunun nəzarətsiz istifadəsinin təhlükələri barədə açıq və inadkarcasına danışan Uillis idi. O, tiryəkin müsbət tərəfinin qeyri-adi dərəcədə cazibədar olduğunu, ancaq mənfi tərəfinə baxdıqda şeytanın görüldüyünü qeyd etmişdir.

  1. 1 2 3 4 Thomas Willis // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 The Academic Family Tree (ing.). 2005.
  4. 1 2 3 4 Who Named It? (ing.).
  5. 1 2 http://www.biusante.parisdescartes.fr/histoire/biographies/index.php?cle=9649.
  6. Margery Purvey, The Royal Society: Concept and Creation, MIT Press, 1967, pp. 138–9.
  7. Ocular Syndromes and Systemic Diseases: Diabetes Mellitus Arxiv surəti 4 yanvar 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 4 yanvar 2010 at the Wayback Machine. Medrounds.org (22 March 2007). Retrieved on 17 July 2012.
  • K. Dewhurst, Thomas Willis as a Physician, Los Angeles, University of California Press, 1964.
  • H. Isler, Thomas Willis. Ein Wegbereiter der modernen Medizin, 1621—1675, Stuttgart, Wissenschaftliche Verlagsgesellschaft, 1965.
  • J.T. Hughes, Thomas Willis (1621—1675): His Life and Work, London, Royal Society of Medicine, 1991.
  • M. Simonazzi, Thomas Willis e il sistema nervoso, in Id., La malattia inglese. La melanconia nella tradizione filosofica e medica dell’Inghilterra moderna, Bologna, Il Mulino, 2004, pp. 185—252.
  • Жмуркин В. П., Чалова В. В. История необыкновенной книги. к 350-летию первого издания книги Т. Уиллиса (1621—1675) «Cerebri anatome» // Проблемы социальной гигиены, здравоохранения и истории медицины. 2014. № 5. С.56-61.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Виллизий, Фома  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.