Toxtamış — Vikipediya

Toxtamış xan
Тохтамышхаан
bayraq
Qızıl Ordanın XXXII xanı
1380 – 1395
ƏvvəlkiQiyasəddin Xaqanbəy xan/Urus xan
SonrakıTimur Qutluq xan
Şəxsi məlumatlar
Doğum tarixi 1342
Vəfat tarixi 1406
Vəfat yeri
Milliyyəti Monqol
Fəaliyyəti hərbi lider[d]
Atası Tui Xoca[d]
Həyat yoldaşı
Uşaqları
Ailəsi Çingizlilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toxtamış (13421406, Çimgi-Tura[d]; Tatarca:Тухтамыш/Tuqtamış; fars. توقتمش; qaz. Тоқтамыс;) 1380-96-cı illər arasında Qızıl Orda xanı. Ağ OrdaGöy Orda xanlıqlarını Qızıl Orda dövləti altında birləşdirmişdir. Çingiz xanın ən kiçik nəvəsi Orda xanın soyundan gəlir.

Cuçi xanin oğullarından Toğay Teymur xan soyundan gələn Manqışlaq hakimi Tuy Xocanın oğludur. Ağ Orda hökmdarı Urus xan atasını öldürdüncə Səmərqəndə gedərək Əmir Teymura sığındı (1375). Teymurdan aldığı dəstəklə 1375-ci ildən başlayaraq öncə Ağ Orda hökmdarı Timur Məliki məğlub edərək hakim oldu. Mamay xanın Kulikovo döyüşündə məğlub olmasından istifadə Toxtamış özünü xan elan edərək Ağ Orda ilə Qızıl Ordanı birləşdirdi. 1382-ci ildə Moskvanı yandıran Toxtamış rusların bir daha güclənməsinin qarşısını aldı. Balxaş gölündən Litvayacan uzanan dövlətin hakimi oldu.

Toxtamış-Teymur savaşları

[redaktə | mənbəni redaktə et]

Bu uğurlardan sonra Qızıl Orda dövlətini əvvəlki sərhədlərinə qovuşdurmaq məqsədiylə Teymura bağlı olan Xarəzmi geri istədi. Bu istəyi onun Teymurla aralarının pisləşməsinə səbəb oldu. 1387-ci ildə 50000 əsgərlə Azərbaycana hücuma keçdi. 200.000 əsirlə geri qayıtdı. 1387-ci ildə, Teymurun çıxdığı qərb səfərindən yararlanaraq onun oğlu Ömər Şeyxi məğlub edib bütün Mavəraünnəhri yağmaladı. Ancaq ağır keçən qışa görə qayıtmağa məcbur oldu. Toxtamış, Məmluk sultanı Bərkuka elçiler göndərərək Teymura qarşı onunla ittifaq bağladı. Əmir Teymur həmin il Qızıl Ordaya hücum edərək Timur Qutluq xanı taxta gətirdi.

Hakimiyyət uğrunda müharibə

[redaktə | mənbəni redaktə et]

Toxtamış xan hakimiyyətə qayıtmaq üçün Vitautasdan kömək aldı. 1399-cu ildə Vorskla çayı döyüşündə məğlub olaraq qaçdı. Timur Qutluq xanEdigey Qızıl Ordanın hakimiyyətini ələ aldılar. Toxtamış isə 1406-cı ildə öldürüldü. O Monqol yazısı ilə pul buraxan son hökmdardır.

Toxtamış xan Edigeyin bacısı ilə evlənmişdi. Övladları:

1380-ci ildə isə Mamay xanın dul arvadı Tulunbəy xanım ilə evlənmişdi.