Arvadım mənim, uşaqlarım mənim (film, 1978) — Vikipediya

Arvadım mənim, uşaqlarım mənim
Fayl:Arvadım mənim, uşaqlarım mənim (film, 1978).jpg
Janr dram
komediya
məhəbbət
Rejissor müxtəlif
Ssenari müəllifi müxtəlif
Baş rolda müxtəlif
Operator müxtəlif
Bəstəkar müxtəlif
Rəssam aşağıya baxın
İstehsalçı "Azərbaycanfilm" kinostudiyası
İlk baxış tarixi 1978
Müddət 67 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil azərbaycan dilində (dublyaj)
İl 1978
Texniki məlumatlar 7 hissə
1860 metr
Rəng rəngli

Arvadım mənim, uşaqlarım mənim — kinoalmanaxı 1978-ci ildə ekranlaşdırılmışdır. Kinoalmanax 3 qısametrajlı film-novelladan ibarətdir: "Toy" (rejissor: Nicat Feyzullayev), "Bağçada rahat yer" (rejissor: Ziyafət Abbasov) və "Arvadım mənim, uşaqlarım mənim" (rejissor: Cəmil Fərəcov). Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Kazım Abdullayev, Hacı İsmayılov, Məlahət Salmanova, Həsən Məmmədov, Ofeliya Məmmədzadə, Şamil Süleymanov, Gülşən QurbanovaKamil Məhərrəmov ifa edirlər.

Filmin adı Məzmun
Toy Əhvalat kənddə baş verir. Şamil (Kazım Abdullayev) əsgərlikdən gələndən sonra öyrənir ki, sevdiyi qız (Məlahət Salmanova) sözünə xilaf çıxaraq başqasına (Hacı İsmayılov) ərə gedir. O, toy günü traktoru ilə gəlin karvanının qarşısını kəsir. Və şərti də o olur ki, bəy onunla döyüşməlidir...[1]

Kinonovella mənəvi təmizlik probleminə həsr olunmuşdur.[2]

Bağçada rahat yer Filmin qəhrəmanı şəhərin məşhur bərbəri Məmmədəlidir (Həsən Məmmədov). O, öz peşəsinin vurğunudur. Onun müştəriləri məmurlar, məşhur adamlardır. Xaraktercə zarafatcıl, yumşaq adam olan Məmmədəlinin arvadıyla (Ofeliya Məmmədzadə) münasibətləri çətindir. Onun arvadı müəllimədir, meşşan təbiətli qadındır, ərinin peşəsinə də aşağılayıcı münasibət bəsləyir...[1]

Arvadı, böyük oğlu Məmmədəliyə etinasız yanaşsa da, o bunu faciəyə çevirmir, əksinə anlayışlı olmağa çalışır. Və onun sevgisi peşəsinə də, ailəsinə də yetir. Hətta on altı yaşlı oğlu atasından ad günündə evdən getməsini, dostlarıyla tək qalmaq istədiyini xahiş edəndə belə o bunu anlayışla qarşılayır. Ani məyusluqla yanaşsa da.[1]

Kinonovella sadə peşə adamlarının vicdan təmizliyindən, əxlaqi keyfiyyətlərindən söhbət açır.[2]

Arvadım mənim, uşaqlarım mənim Əhvalat kənddə yaşayan böyük bir ailə haqdadır. Ailədə 11 uşaq böyüyür. Fazil (Kamil Məhərrəmov) bostançı, Güldəstə (Gülşən Qurbanova) isə evdar qadındır. Günlərin birində Güldəstəyə 11 uşaq böyütdüyünə görə mükafat verilir və avtomobil hədiyyə olunur.[1]

Toylarda müğənnilik edən qonşusu Səfər (Ramiz Əzizbəyli) Fazili tovlayır, avtomobili ona satmağı, onunla toylara getməyi məsləhət görür, daha çox pul qazana biləcəklərini deyir. Fazil daha bostançı da işləmək istəmir, ailəsini də unudur. Güldəstə minik maşınını paltaryuyan maşına dəyişir...[1]

Müəllif mərkəzə sevgini gətirir. Məhz sevgi ailəni dağılmaqdan xilas edə bilər.[1]

Kinonovella müasir birgəyaşayış qaydaları barədədir.[2]

Filmin adı Film haqqında
Toy Film yazıçı İsa Hüseynovun hekayəsi üzrə çəkilmişdir.[2]
Rejissor Nicat Feyzullayevin diplom işidir.[3]
Filmin adı Filmin üzərində işləyənlər Rollarda
Kinoalmanax Rəssam: Nadir Zeynalov
Səs operatoru: Kamal Seyidov
Montaj edən: Gülşən Səlimova
Toy Rejissor: Nicat Feyzullayev
Ssenari müəllifi: İsa Hüseynov
Operator: Hüseyn Mehdiyev
Kazım Abdullayev — Şamil
Hacı İsmayılov — bəy
Məlahət Salmanova — gəlin
Şahmar Ələkbərov — Şahmar
Məmmədrza Şeyxzamanov — Xan dayı
Bağçada rahat yer Rejissor: Ziyafət Abbasov
Ssenari müəllifi: Maqsud İbrahimbəyov
Operator: Teyyub Axundov
Bəstəkar: Adil Bəbirov
Həsən Məmmədov — Məmmədəli
Ofeliya Məmmədzadə — Solmaz
Şamil Süleymanov — Qəzənfər
İlham Namiq Kamal — MİS rəisi
Daşqın Turabov — Səməd
Elxan Cəfərov — Fazil
Arvadım mənim, uşaqlarım mənim Rejissor: Cəmil Fərəcov
Ssenari müəllifi: Fərman Kərimzadə
Operator: Ələsgər Ələkbərov
Bəstəkar: Azər Dadaşov
Gülşən Qurbanova — Güldəstə
Kamil Məhərrəmov — Fazil
Ramiz Əzizbəyli — Səfər
Eldəniz Zeynalov — inspektor
  1. 1 2 3 4 5 6 Sevda Sultanova. "Toy günü gəlinin qarşısını kəsən traktorçu" (az.). Lent.az. 23 sentyabr 2017. 2017-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
  2. 1 2 3 4 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.98.
  3. "Tanınmış kinorejissor Nicat Feyzullayev — 70". 2017-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-23.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 218; 370.

Azərbaycan filmlərinin siyahısı
1978-ci ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı