Toyuqçu məhəlləsi — Vikipediya
Toyuqçular məhəlləsi və ya tuyuqçular, tuğçular— Gəncənin qədim məhəllələrindən biri.[1] Məhəllənin adlandırılması ilə bağlı müxtəlif fərziyyələr var. Burada Toyuqçular məscidi və Hacı Mirbağır ağa türbəsi yerləşir.[2]
Haqqında
[redaktə | mənbəni redaktə et]Gəncənin Tuyuqçu məhəlləsi Nizami küçəsinin Ordubadi küçəsi ilə kəsişdiyi ərazidən sola doğru, Qəmbər Hüseynli küçəsi ilə Hacı Əli Hüseynzadə küçəsinin VI dalanı daxil olan hissələrdə yerləşir. Məhəllə şimaldan Sutökülən, şərqdən Səfərabad, Dəmirçilər, cənubdan Qaramanlı, qərbdən isə Şahsevənlər, Qıllılar məhəllələri ilə əhatələnib. 1804-cü ilin may ayında məhəllədə 43 ev olub. Bu evlərdə 70 kişi 64 qadın yəni 134 nəfər şəxs yaşayıb. 1916-cı ilin məlumatlarına görə, məhəllədə 960 ailə yaşayıb. 1915-ci ildə məhəllədə sakinlər tərəfindən Toyuqçular məscidi tikilmişdir. Digər məscidlərdən fərqli olaraq günbəzsiz, eyvanlı məscid tiplərinə aid olub Göyçay məscidinə bənzəyib.[1][3]
Məhəllənin toyuqçuluqla heç bir əlaqəsi olmadığına görə adlandırılması ilə bağlı bəzi fərziyyələr mövcuddur. "Gəncənin tarix yaddaşı" kitabının müəllifi Fərrux Əhmədova görə məhəllə əslində "Tuyuğçular" məhəlləsi adlanıb. Tuyuq türk şifahi yaradıcılığı ilə bağlı olub dörd misrali şeir şəklini bildirir.[1] Digər fərziyyələrə görə isə məhəllə "Tuğçular" məhəlləsi adlanır. Tuğ 18-ci əsrədək türk dövlətlərində qədim dövlət rəmzi kimi tanınıb.[4]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı: Şirvannəşr. 1998. səh. 137-138.
- ↑ Mədinə Musazadə. "Gəncə qədim tarixi, zəngin mədəniyyəti və özünə xas memarlığı ilə seçilir". ganjanews.az. 7 yanvar 2016. 2019-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2020.
- ↑ "XIX―XX yüzilliklərdə Gəncə şəhərinin təsərrüfat tikililəri. İctimai binalar". Tarix va onun problemlari. №3: 323. 2012.
- ↑ Ruhəngiz Hacızadə. "Gəncə məhəllələrinin fərqli hekayələri..." kepeztv.az. 12 iyun 2016. 2 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2020.