Transportir — Vikipediya
Transportir və ya bucaqölçən, bucaqların ölçülməsi üçün alət. Tipik bir transportir bir qayda olaraq 1° aralıqlarla ölçür və hər 5 və ya 10°-lik interval uzun bir xətt ilə göstərilir. Bununla birlikdə daha mürəkkəb işlərdə istifadə olunan transportirlər daha dəqiq ölçülü ola bilərlər.
Optik transportir
[redaktə | mənbəni redaktə et]Bucaqları 0,1 qövs saniyəsi (1°/3600) dəqiqliyi ilə ölçməyə imkan verən optik transportir (qoniometr), fırlanan bir dairə, bu dairəyə perpendikulyar olan bir ox üzərində nişanlama durbinindən və vernier dairəsindən ibarətdir. Kristalloqrafiyada, prizmaların və optik komponentlərin qurulmasında istifadə olunur.