Tritoniya — Vikipediya
Tritoniya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Tritoniya | ||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Bu cinsin adı yunanca "triton" sözündən götürülmüşdür, mənası "flüger" deməkdir. O, çiçəklərinin dağınıq formasına görə belə adlandırılmışdır. Tritoniya cinsinin 50-yə yaxın növü məlumdur. Onlardan 6-sı gülçülükdə geniş istifadə olunur. Zəfərançiçəkli tritoniya (bağ montbresiyası) (T.x. crocosmaeflora) mülayim iqlim zonalarında bitən soyuğa davanmsız, soğanaqlı ot bitkisidir. Çiçək qrupu qollu-budaqlıdır və üzərində çoxlu çiçəyi vardır. Narıncı-qırmızı çiçəyi mərkəzə yaxın sıxlaşır. Tritoniya istisevən bitki olduğundan hər il payızda onu çıxarıb sərin yerdə saxlamaq lazımdır. Mayda tritoniyanın soğanağını 5-7 sm dərinliyə əkirlər. Bitkilər arasındakı məsafə 15-18 sm olmalıdır. Tritoniya soğanaqlı yumrularının bölünməsi ilə çoxalır.
Məlumat mənbəsi
[redaktə | mənbəni redaktə et]- Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ İNaturalist (çd.). 2008.