Tumaslı mədrəsəsi — Vikipediya

Tumaslı mədrəsəsi
Şəhər Qarabağ xanlığı
Rayon Dizaq mahalı
Sifarişçi Mikayıl sultan Həsən ağa oğlu Tumaslı
Əsas tarixlər XIX əsr

Tumaslı mədrəsəsiQarabağda yerləşən qədim mədrəsə.

Mədrəsə Dizaq mahalı,Tumaslı kəndində yerləşirdi.Dövrün görkəmli ədiblərindən olan Molla Vəli Vidadi müəyyən müddət bu mədrəsədə müəllimlik etmişdi. Mədrəsədə təhsil alan şagirdlərin əksəriyyətini sunnilər təşkil edirdi. XIX əsrin əvvəllərində mədrəsədə müəllim edən şəxslər arasında Mahmud əfəndi Tumaslı (1781–1842), Molla Mustafa Tumaslı və başqaları var idi. Mədrəsədə təhsil görmüş şagirdlərdən bəziləri İstanbula da göndərilmişdi. Mədrəsənin tələbələrindən biri kimi xəttat Omsan Tumalıni nümunə göstərmək olar. Mədrəsəyə hamilik edən şəxs Mikayıl sultan Həsən ağa oğlu Tumaslı (1781–1847) idi.

Çingizoğlu Ənvər,Qarabağda maarif: 1750-1950,Zərdabi LTD MMC,2013