Turizm turları — Vikipediya

Müasir beynəlxalq turizm xidmətləri bazarında çoxsaylı tur və turist marşrutları mövcuddur. Turizm formalaşmasına və tərkibinə görə, inklüziv və sifarişli turlara ayrılır[1].

İnklüziv turlar

[redaktə | mənbəni redaktə et]

Tərkibinə müəyyən, dəqiq, öncədən planlaşdırılmış xidmətlər dəsti daxil edilən turlardır.

Sifarişli (fərdi) turlar

[redaktə | mənbəni redaktə et]

Müştərinin istəyinə və seçiminə görə xidmətlər paketinin tərkibi birbaşa satış zamanı formalaşan turlardır.

Xidmətinə görə

[redaktə | mənbəni redaktə et]

Xidmətindən asılı olaraq turlar aşağıdakı turlara bölünür:

  • Tematik (mövzulu) turlar - proqramında ekskursiya xidmətinin və tematik - dərketmə yönümülü məşğuluğun üstünlük təşkil edtiyi turlar;
  • Kurort-sağlamlıq turları - sağlamlıı bərpaetmə tədbirlərinin və istirahət yönlü məşğulluğun üstünlük təşkil etdiyi turlar;
  • İdman turlar - idman tədbirlərinin və ya fəal hərəkat üsullarının üstünlük təşkil etdiyi turlar;
  • Kombinə edilmiş turlar - xidmət proqramında tematik, kurort-sağlamlıq və idman - yürüş turlarının elementlərini birləşdirən turlar.

Mövsümünə görə turlar

[redaktə | mənbəni redaktə et]
  • İl boyu - bunlara illik fəaliyyət qrafiki olan bütün turlar aiddir.
  • Mövsümü - hər hansı bir mövsüm və ya mövsümlər ərzində fəaliyyət göstərən turlar

Turlar marşrut yolunun quruluşuna görə bölünür:

  1. Xətti - bir neçə xidmət məntəqələrinə baş çəkməklə və xidmətin başlanğıc və son nöqtələrinin üst-üstə düşməməsi ilə fərqlənən turlar.
  2. Radial - bir qayda olaraq, bir xidmət nöqtəsinə baş çəkilən turlaq
  3. Dairəvi - bir neçə xidmət nöqtələrinə baş çəkilməsi, eyni zamanda xidmətin başlanğıc və son nöqtələrinin üst-üstə düşməsi ilə fərqlənən turlar
  1. Sabir Rəhimov Turizm-ekskursiya işinin təşkili Bakı 2004

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]