Turizmin əhəmiyyəti — Vikipediya

Turizm cəmiyyətin iqtisadi problemlərinin həliinə xeyli təsir göstərir. Turizmdən gələn gəlir onun inkişaf etdiyi regionda iqtisadiyyatı yüksəltməyə qadirdir.[1] Ayrı-ayrı regionlarda turizm inkişaf etdikcə ölkədaxili regionların iqtisadi göstəriciləri arasında fərqlər azalır.

Turizmin iqtisadi əhəmiyyəti və sahələri

[redaktə | mənbəni redaktə et]

Sahibkarlıq sahəsi - yaradılan hər bir müəssisə xeyir gətirməlidir, çünki o, müştərilərə öz məhsulunu və xidmətlərini təqdim edir, fəhlə və qulluqçulara əmək haqqı və ödəmələrin digər növlərini, aksionerlərə-gəlir, dövlətə - vergi və rüsumlar ödəyir.

İstehlak sahəsi - turizm-istehlak tələbinin yeni formasını gələn turistlərin müxtəlif mal və xidmətlərə olan tələbini canlandırır.

Gəlir sahəsi - turist axını sayəsində turizmin aşağıda qeyd olunan bir çox yerli müəssisələrinin gəliri artır - mədəni və əyləncə müəssisələrinin gəlirləri artır və bu da öz növbəsində vergi ödəmələri hesanıa regiona və yerli əhaliyə fayda verir.

Valyuta sahəsi - turizm ölkəyə, regiona böyük miqdarda xarici valyuta axınına səbəb olur. Qəbul edən turizm "görünməyən ixrac" adlanır, çünki istehlakçı ixrac məhsulun ardınca onu istehsal edən ölkəyə gedir.

Turizmin sosial əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

İşsizlik, zəhmətkeşlərin həyat səviyyəsinin aşağı olması, psixoloji təzyiq, stress və onunla bağlı böhranlı hadisələrin yaranması, asudə vaxtlarda gənclərin neqativ fəaliyyətinin artması, təbiətdə ekoloji tarazlığın pozulması-müasir cəmiyyətin bu və ya digər problemləri bizim ölkədə də mövcuddur.

  • İstirahətdən sonra işçi qüvvəsinin iş səmərəliyi artır;
  • Əhalinin maariflənməsinə müsbət təsir göstərir;
  • Turizmin inkişaf etdiyi ərazilərdə tarixi obyektlərin qorunmasına maraq artır;

Turizmin humanitar əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Turizmin mühüm funkasiyasıdır, şəxsiyyətin inkişafı, onun dərketmə dairəsinin və yaradıcılıq potensialının genişlənməsi üçün imkanları yaradılmasıdır.

  1. Sabir Rəhimov Turizm-ekskursiya işinin təşkili Bakı 2004