Uştal — Vikipediya
Uştal | |
---|---|
40°42′39″ şm. e. 47°59′31″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 695 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Uştal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Uştal kəndi Qalagah kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Soltankənd kəndi mərkəz olmaqla, Soltankənd kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Kəndin qədim adı Üştaladır. Adının mənası "üç" və "tala" sözlərinin mənasını verir. Yəni kənd üçtala adlanan ərazidə salınmışdır. Sonradan üçtala qısalaraq "Uştal" mənasını vermişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Kənd əvvəllər ermənilərin kompakt yaşadığı ərazi olmuşdur. Kənddə həmçinin erməni qəbiristanlığı var.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Uştal kəndi İsmayıllı rayonundan 20 km cənub-qərbdə, Acınohur ön dağlığında yerləşir. Kənddə 3 sərin sulu bulaq, dərin yarğanlar, sıx meşə var. Kəndin relyefi dağlıqdır.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Uştal kəndində təxminən 104 ev var, əhalisi 531 nəfərdir ki, onun da 266 nəfəri kişi, 265 nəfəri qadındır. Kənd əhalisinin hamısı 1988-ci ildə Ermənistandan qovulmuş qaçqınlardır. Qaçqınlar əsasən Göyçə və Dərələyəz mahalındandır.
Mədəniyyət
[redaktə | mənbəni redaktə et]Uştal kəndində klub, kəndin xüsusi kitabxanası, tibb məntəqəsi var.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Kəndin rayonla əlaqəsi üçün yeni asfalt yol, yeni su xətti çəkilmişdir. Əhalisi əsasən heyvandarlıq, bağçılıq və əkinçiliklə məşğul olur.
Təhsil
[redaktə | mənbəni redaktə et]Uştal kəndində 2003-cü ildə yeni orta məktəb tikilib istifadəyə verilmişdir. Məktəbdə 70-dən çox şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 15 müəllim məşğul olur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et] İsmayıllı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |